Aqressiv sərnişin avtobusun şüşələrini sındırıb qaçdı Video
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən paytaxtın Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını təlbə edib. Sürücü ona avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs əsəbi halda tələblərinə davam edib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək xuliqanlıq əlamətləri daşıyan hərəkətlərə yol verib.
Həmin şəxs avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub, daha sonra avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə videogörüntüyə alınıb.
Faktla bağlı polisin “102” qaynar xəttinə məlumat verilib, müvafiq tədbirlər görülür.
Hadisəni əks etdirən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















