Icma.az
close
up
RU
Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi Orxan Əyyub

Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi Orxan Əyyub

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Şair, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaracanın “Kulis”ə verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər ədəbi mühitdə rezonans doğurub.

O, müsahibəsində “The Baku Review” internet jurnalı layihəsinin arxasında gizli məqsədlərin dayandığını iddia edib:

"Heç aidiyyatı olmayan adamlar ortaya düşdü, söhbət böyüdü. Nəticədə isə mənim dediklərim oldu, həmin jurnal indi demək olar ki fəaliyyətini dayandırıb. Nə üçün meydana çıxmışdı, saytın pulunu kim vermişdi, kim yengəlik edirdi? – mənə qaranlıqdır. Deyəsən, elə məqsəd mənim ətrafımda olan adamları uzaqlaşdırmaq idi, buna nail oldular və missiya tamamlandı, dostlar düşmən oldu..."

Kulis.az məsələ ilə bağlı jurnalın həmtəsisçisi, yazıçı Orxan Əyyubun mövqeyini öyrənib.

“Rasim Qaraca hadisələri ifrat dramatizə edir”

Orxan Əyyub Rasim Qaracanın Azərbaycan ədəbiyyatına xidmətlərini yüksək qiymətləndirsə də, onun son açıqlamalarını əsassız adlandırıb:

"Rasim bəy "Alatoran" jurnalının naşiri kimi Azərbaycan ədəbiyyatına böyük xidmətlər göstərib, şübhəm yoxdur ki, əlində daha böyük imkanlar olsaydı, yaxşı işlər görə bilərdi. Mən ilk dəfə iyirmi il əvvəl "Alatoran" jurnalında dərc olunmuşam, bu jurnalın mənim üçün həmişə xüsusi yeri olub. Hər sayını səbrsizliklə gözləyirdim və yazmaqda olduğum romanın ilk dəfə orada dərc olunmağını istəyirdim. İndi isə Rasim Qaraca absurd ittihamlar səsləndirir, baş verən hadisələri ifrat dramatizə edir. Onun hadisələrə baxışında həfif paranoya hiss edirəm. Düşmən olmaq məgər belə səslənmir? Bütün bunlar olduqca acınacaqlıdır".

“Onun dəmlədiyi çayları içmək çətin idi”

Yazıçı əlavə edib ki, Rasim Qaraca ilə hazırda münasibəti yoxdur, amma şəxsi düşmənlikdən də söhbət gedə bilməz:

"Rasim bəy ilə hazırda heç bir münasibətim yoxdur, amma həyatdır, bir gün qarşılaşsaq, ümid edirəm ki, Rasim bəy daha yaxşı çay dəmləyəcək, zira, onun dəmlədiyi çayları içmək mənim üçün çox çətin idi".

"Əgər hər şeyi müəllif edəcəksə, naşir nə üçün lazımdır?"

O, həmçinin Rasim Qaracanın naşir fəaliyyətini tənqid edib:

"Rasim bəy yenə doğru danışmır, sanki Külək gülü öz gerçək oxucusuna, ciddi ədəbiyyatla maraqlanan oxuculara çıxa bilib, mən kütləvi oxucuya çatmamaqdan narazılıq edirəm. Naşir ilə sifarişlə afişa, dəvətnamə, vizit kartı çap edən mətbəə arasında böyük fərq var. Naşirin bir vəzifəsi də müəllif və kitabla oxucu arasında vasitəçi olmaqdır. Əgər hər şeyi müəllif edəcəksə, naşir nə üçün lazımdır?"

"Eyni ciddiliyi naşirimdən də görmək istəyərdim"

Yazıçı bildirib ki, Rasim Qaraca onun “sistematik” olmasını tənqid etsə də, bu yanaşma onun üçün peşə prinsipidir:

Rasim Qaraca qəbahət kimi mənim daha sistematik olduğumu deyir. Bəli, mən ədəbiyyata və yaradıcılığıma ciddi yanaşıram, bu, bütün vaxtımı və həyatımı həsr etdiyim işdir, məndən sistematik olmağı tələb edir. Eyni ciddiliyi naşirimdən də görmək istəyərdim, təəssüf ki, bu baş vermədi.

"Tanrının zirehləri"nin növbəti filmi gəlir Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına ayrılan dövlət vəsaiti artırılır İlon Mask Vikipediyaya qarşı: Qrokipediya nədir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri