Icma.az
close
up
RU
Rauf Allahverdiyevin Sabah ı ittiham etməsi və üzrxahlığı məhkəməyə müraciət etməli idi...

Rauf Allahverdiyevin Sabah ı ittiham etməsi və üzrxahlığı məhkəməyə müraciət etməli idi...

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Ölkə kubokunun "Neftçi" - "Sabah" matçında ciddi səhvə yol verən Rauf Allahverdiyevin hakimlikdən uzaqlaşdırılması barədə dəfələrlə yazmışıq. Özü də bu barədə danışıb, ictimaiyyətə məlumat verib, bu ədalətsiz qərarla barışmayacağını bildirib. 

Son açıqlamalarında bir az da uzağa gedərək, belə qərarın çıxarılmasında "Sabah" rəhbərliyini ittiham edib. AFFA-nın bu məsələdə məhz "Sabah" klubunun diktəsi ilə hərəkət etdiyini deyib. 

Bu gün isə mətbuatda Rauf Allahverdiyevin AFFA-ya gedərək üzrxahlıq izahatı yazdığına dair məlumat yayılıb. Hətta izahat həmin saytda dərc olunub. Əgər Allahverdiyev belə bir izahat yazıbsa, bu sənədin mətbuatın əlinə necə keçməsi maraqlıdır. AFFA-nın rəsmi sənədini əldə etmək bu qədər asan məsələdirsə, demək ki, federasiyanın fəaliyyətində ciddi boşluqlar var. Baş katib Cahangir Fərəcullayev "köstəbək" kimdirsə, müəyyənləşdirməli, layiqli cəzasını verməlidir. Çünki hər klubdan, hər qurumdan mediaya məlumatlar sızır. Amma hər hansı sənədin tam mətn olaraq mətbuata ötürülməsi böyük xətadır və bu, cəzasız qalmamalıdır. 

O ki qaldı Allahverdiyevin üzrxahlığına, təbii ki, çox səliqəsiz danışıb birbaşa "Sabah" rəhbərliyini ittiham etməklə. Necə ki AFFA onu heç bir dəlil olmadan, sadəcə şübhələr əsasında ittiham edibsə, Rauf da eyni qaydada "Sabah"ı günahkar bilib öz məsələsində. 

Allahverdiyevin şübhələrində təbii ki, müəyyən əsaslar da var. Çünki "Sabah"da əsas söz sahiblərindən olan Balakişi Qasımov həm də AFFA-nın vitse-prezidenti, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov isə İcraiyyə Komitəsinin üzvüdür. Birdən-birə iki şəxslə AFFA rəhbərliyində təmsil olunan klubun oyununda baş verən hadisəyə görə bir hakim ömürlük futboldan uzaqlaşdırılırsa, şübhələrin "Sabah"ın üzərinə yönəlməsi anlaşılandır. Amma Allahverdiyevin bunu birbaşa ittiham formasında deməsi doğru deyil. Sadəcə zaman göstərir ki, klublara bağlı adamların həm də AFFA-da vəzifə tutması sonradan xoş olmayan söz-söhbətlərə yol açır. 

Məsələn, ötən mövsüm "Qarabağ - "Şamaxı" matçında qonaqların qapısına daha absurd penalti təyin edilmişdi. VAR hakimi Elçin Məsiyevdən niyə baş hakimin qərarına düzəliş edilmədiyi soruşulanda, otağın qaranlıq olduğunu demişdi. Otaq qaranlıq imiş... Amma nə Məsiyev, nə də onun kimi onlarla ciddi səhv eləyən xeyli sayda hakim cəzalanmayıb. 

Rauf Allahverdiyev heç bir halda belə izahat yazmalı deyildi. Emosional olduğu üçün ifadələrini düz seçmədiyini şifahi şəkildə desəydi, kifayət edirdi. Bundan sonra isə məhkəməyə üz tutub ədaləti bərpa etməliydi. Yoxsa ki odlu-alovlu danışması nəydi, üzrxahlıq izahatı yazmağı nə... 

Həmid

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri