Icma.az
close
up
RU
Rauf Cabbarov AFFA nümayəndəsinin səlahiyyətlərini mənimsəyib?

Rauf Cabbarov AFFA nümayəndəsinin səlahiyyətlərini mənimsəyib?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bilindiyi kimi, fevralın 23-də keçirilməli olan “Zirə” – “Kəpəz” oyunu bir gün sonraya qaldı.

Peşəkar Futbol Liqasının “feysbuk” hesabında fevralın 23-ü, saat 17.42-də belə bir açıqlama yer alıb: “Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub.
Matçın baş hakimi Rauf Cabbarov meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək”.
Elə həmin paylaşımın “şərh” bölməsində vaxtilə hakimliklə məşğul olmuş Ağahüseyn Əzizov bununla bağlı narazılığını bildirib:

“Oyunun təxirə salınması haqqında qərarı baş hakim vermir. Bu onun səlahiyyətində deyil. O, matçın nümayəndəsini meydanın və hava şəraitinin oyunun keçirilməsinə yararlı olmaması haqqında məruzə edir. Bundan sonra nümayəndə qərar verir”.


Ağahüseyn bəy “Football-plus.az”a da belə dedi:

“Baş hakim özbaşına qərar vermir. O, hakim-inspektora məlumat verir. Sonra oyunun nümayəndəsinə məlumat verilir. Nümayəndə də futbol qurumuyla məsləhətləşib qərar verir. Hakim mövcud durum və matçın keçirilə bilməyəcəyi haqqında faktları nümayəndəyə ötürür. Qalan məsələlər ona aid deyil”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri