Rauf Cabbarov varsa, Sabah ı dayandırmaq olmur!
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
İki saat sonra "Qarabağ" Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"ı qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın baş hakimi təcrübəli ədalət təmsilçilərindən olan Rauf Cabbarovdu.
Əlbəttə, bu cür vacib matçda diqqətlər həm də "fit sahibi"nin üzərində olacaq. O, mübahisəli qərarla yadda qalmamalı, ədalətin bütün prinsiplərinə əməl etməlidi. Bəs, Cabbarov hansı komanda üçün daha uğurludu?
"Football-plus.az" ədalət təmsilçisinin bu mövsüm "Sabah"la "Qarabağ"ın idarə etdiyi oyunlarını təqdim edir.
6-cı tur: "Qarabağ" - "Qəbələ" 2:0
14-cü tur: "Zirə" - "Qarabağ" 1:1
17-ci tur: "Sabah" - "Karvan-Yevlax" 4:1
20-ci tur: "Qəbələ" - "Sabah" 0:1
24-cü tur: "İmişli" - "Sabah" 0:5
Göründüyü kimi, "köhlən atlar" Rauf Cabbarovun meydanda olduğu 2 oyundan 1-də xal itirib. "Bayquşlar" isə hər 3 görüşdə qalib gəlib. Özü də 2-də böyükhesablı qələbə qeydə alınıb.
Xatırladaq ki, "Tofiq Bəhramov"dakı oyun saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:218
Bu xəbər 03 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















