Rauf Əliyev: Amin Rzayev 1 ildən sonra Azərbaycan millisinə dəvət alacaq qədər istedadlı oyunçudur
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
Amin Rzayevin “Qarabağ”ın əsas komandasındakı debütü klubun akademiyası üçün çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rauf Əliyev Misli Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la ev matçında Ağdam klubunun heyətində meydana çıxan Amin Rzayev barədə danışarkən deyib.
36 yaşlı mütəxəssis əsas komandanın baş məşqçisi Qurban Qurbanovun 15 yaşlı müdafiəçinin çıxışından razı qaldığını bildirib: “Əsas komanda ilə birgə məşq keçmək Aminin gücünə güc qatacaq. Çünki ustalıq səviyyəsi yüksək olan futbolçulardan çox şey öyənmək imkanı var. O, bir ildən sonra Azərbaycanın əsas millisinə dəvət alacaq qədər istedadlı oyunçudur”.
R.Əliyev gənc futbolçunun gələcəkdə öz mövqeyinin ən yaxşılarından olacağına inandığını söyləyib: “Amin Rzayevlə akademiyadan olan digər məşqçilər daimi olaraq söhbət edirlər. Özüm də onunla ünsiyyətdə olmuşam. Bütün məshələtləri dinləyən ağıllı insandır. Aminin yaxşı sürəti və top saxlamaq qabiliyyəti var. Fiziki olaraq da üstünlükləri çoxdur. Hazırda Azərbaycanda ən yaxşı sol cinah müdadfiəçisi Elvin Cəfərquliyev sayılır. İnanıram ki, Amin də gələcəkdə bu mövqe üzrə adından söz etdirəcək. Çünki onda bu potensial var”.
Qeyd edək ki, 15 yaş 204 günlüyündə debüt edən Amin Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur. O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















