Icma.az
close
up
RU
Rauf Fərhadov: Qarabağa həsr olunmuş “Zəfər marşı” sadəcə triumfal deyil, həm də fəlsəfi və ümumiləşdirici olmalıdır

Rauf Fərhadov: Qarabağa həsr olunmuş “Zəfər marşı” sadəcə triumfal deyil, həm də fəlsəfi və ümumiləşdirici olmalıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 22 aprel, AZƏRTAC

Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında taninmi musiqişünas, sənətşünaslıq doktoru Rauf Fərhadovun “Dünya və Azərbaycan peşəkar musiqisinin böhranı və yeni strategiyaları” mövzusunda məruzəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik və müasir musiqi ekspertləri, tələbələr, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova kitabxananın rəhbərliyinə səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və əlaqələrin davam etdirilməsinə ümidvar olduğunu deyib.

O əlavə edib: “Musiqi keçmiş zamanlardan insanı müşayiət edir. Bu, sadəcə, səslər demək deyil. Bizə hiss etmək, anlamaq və arzularla yaşamaq üçün stimul verən amildir. Hans Kristian Andersen deyirdi: “Sözlərin aciz olduğu bir məqamda musiqi danışır”. Məhz musiqi tək bir söz söyləmədən sevinc, kədər, sevgi və hətta ümid hisslərini aşılamağı bacarır”.

T.Əhmədova vurğulayıb: “Musiqi insanı dəyişə bildiyi kimi, dünyanı da dəyişə bilər. Hər kəsin öz üslubu, öz zövqü, öz "musiqi ruhu" var. Kimisi klassik musiqini, kimisi repi, kimisi də cazı sevir. Musiqi bizim kimi fərqlidir. Onu dərk etmək, öyrənmək mənəvi cəhətdən zəngin olmaq deməkdir. Lüdviq van Bethovenin dediyi kimi: “Musiqi bütün hikmət və fəlsəfədən yüksəkdə duran bir amildir”. Əminəm ki, bu axşam bizə müasir musiqinin tendensiyaları və onun Azərbaycanda necə inkişaf etdiyi barədə çox şey öyrənməyə imkan verəcək”.

R.Fərhadov Dünya və Azərbaycan musiqisi silsiləsi çərçivəsində planlaşdırılan iki mühazirədən birincisinin təqdimatı zamanı XX əsrin əsas musiqi transformasiyaları ilə bağlı öz təhlilini təqdim edib. O, musiqi minimalizmi, yeni eklektizm, elektron və elektroakustik musiqi, eləcə də postmodernizm kimi hadisələrin təsirinə xüsusi diqqət yetirib. Mühazirəçinin fikrincə, bu cərəyanlar Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm təsir göstərib.

O, Azərbaycan cazını nümunə gətirərək, müasir cərəyanların sintezinin milli musiqi mədəniyyətlərinin gələcəyinə necə təsir etdiyini nümayiş etdirib, bu proses çərçivəsində formalaşmış unikal cərəyan kimi caz-muğam fenomeninin əhəmiyyətini vurğulayıb.

Sənətşünaslıq doktoru qeyd edib: “Ötən əsrin 60-cı illərində akademik musiqi yenidən dinləyiciyə qayıdıb. Minimalizm, postmodernizm, yeni sadəlik, eklektizm kimi cərəyanlar yaranıb. Musiqi üslublara bölünməyi dayandırıb və bir güclü sintezdə birləşib”.

O, bu proseslərin Azərbaycan musiqisində də öz əksini tapdığını vurğulayıb: “Qara Qarayev dünyadakı dəyişiklikləri çox aydın şəkildə dərk edirdi. Bəstəkar ABŞ-a səfər etdikdən sonra daha böyük güclə irəliləmənin vaxtı gəldiyini anladı. O, 3-cü Simfoniya və Skripka üçün konsertində avanqard texnikanı milli elementlərlə, o cümlədən aşıq musiqisi çalarları ilə birləşdirdi, eyni zamanda, zərb-muğam fəlsəfəsini qoruyub saxladı. Azərbaycan akademik musiqisinin bütün sonrakı inkişafı Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Fərəc Əlizadə və Fərəc Qarayev tərəfindən davam etdirilir ki, onların hər biri özünəməxsus şəkildə avanqard texnika ilə milli musiqinin əsasını birləşdirib”.

Məruzədə Azərbaycan musiqisinin bugünkü mərhələsinə və gələcəyinə xüsusi diqqət yetirilib. R.Fərhadovun sözlərinə görə, bu gün musiqimiz neofolklor dalğasından kənara çıxıb və qlobal mədəni kontekstin bir hissəsinə çevrilib: “Bizim bəstəkarlarımız qlobal kateqoriyalarda düşünməyə başlayıblar. Onlar dünya musiqisinin aparıcı tendensiyalarını izləyərək yeni texnologiyalar yaradırlar. Məsələn, müasir Azərbaycan sonorikasında muğam elementləri meydana çıxır - bu, təkcə bizim üçün deyil, həm də qlobal kontekstdə yeni fenomendir”.

Musiqişünas sintez və novatorluq ənənələrini davam etdirən bəstəkarlara nümunə olaraq Türkər Qasımzadə, Ayaz Qəmbərli və başqalarının adlarını çəkib.

Simfonik və ya kamera musiqisi janrında İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının Qələbəsinə həsr olunmuş “Zəfər marşı” kimi ciddi musiqi əsərinin yaradılmasının mümkünlüyü barədə sualı cavablandıran R.Fərhadov deyib: “Hesab edirəm ki, Azərbaycanda belə bir əsər yarada bilən çoxlu bəstəkar var. Amma bunun üçün zaman lazımdır ki, hadisələrin mahiyyətini tam mənası ilə dərk etmək mümkün olsun. “Zəfər marşı” sadəcə triumfal deyil, həm də fəlsəfi və ümumiləşdirici kontekstdə olmalıdır. Başlıcası, Qələbənin üzərində dayanmaqla yanaşı, səhvlərdən və yaratmağa davam etməkdən qorxmamaqdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri