Raul erməni komandasının baş məşqçisi ola bilər
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Futbol Federasiyası milli komandanın baş məşqçi vəzifəsinə əfsanəvi futbolçu Raulu gətirmək istəyir.
Bu barədə federasiyanın vitse-prezidenti Armen Nikoqosyan məlumat yayıb. O, ispan mütəxəssislə danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, Raul hazırda "Real Madrid"in ikinci komandası "Kastilya"nın baş məşqçisidir.\\ Offsideplus.az

