Rayon sakinləri icra başçısını topa tutdu: “Nə kömək göstərdi, nə də...”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bizim Salyan" “Facebook” səhifəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun fəaliyyəti ilə bağlı keçirilən sorğu sakinlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, Sorğunun rəy bölməsində yerli sakinlər rayonun infrastruktur problemlərindən, xüsusilə də bərbad yol şəraitindən şikayətləniblər.
İstifadəçilər Mərkəzi yolların və Stansiya qəsəbəsi istiqamətinin keçilməz olduğunu, rayonun baxımsız qaldığını bildiriblər. Sakinlər yaş həddinə görə daha gənc və dinamik kadrların təyin olunmasının vacibliyini vurğulayıblar. Dominos pizza
Daha bir ciddi narazılıq vətəndaş qəbulu və sosial problemlərin həlli ilə bağlıdır. I qrup göz əlili olan sakin icra başçısının qəbulunda olduğunu, lakin ona heç bir köməklik göstərilmədiyini iddia edib.
Şikayətçi icra başçısının vətəndaşlarla olduqca aqressiv tonda danışdığını və problemlərin həllini yalnız Məşğulluq Fondunun üzərinə ataraq aylarla nəticəsiz saxladığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Sentyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















