Icma.az
close
up
RU
Rayonlarda altı ayda yeni iş yeri açılmayıb Zavod və fabriklər niyə işləmir?

Rayonlarda altı ayda yeni iş yeri açılmayıb Zavod və fabriklər niyə işləmir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanda 2025-ci ilin ilk yarısında on minlərlə yeni iş yerinin açılması fonunda bəzi rayonlarda iqtisadi aktivlik demək olar ki, dayanıb. 

Bu, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə öz əksini tapıb. Açıqlanan rəsmi statistik məlumatlar bəzi rayonlarda altı ay ərzində heç bir yeni iş yerinin açılmadığını, bir çoxunda isə bu rəqəmin ondan da az olduğunu göstərir. Ən acınacaqlı vəziyyət Kəngərli və Ordubad rayonlarında qeydə alınıb, bu rayonlarda altı ay ərzində bir dənə də olsun yeni iş yeri açılmayıb. 

Vəziyyət Sədərək və Culfa rayonlarında da ürəkaçan deyil, burada cəmi 1, Babək rayonunda isə cəmi 2 yeni iş yeri yaradılıb. İqtisadi aktivliyin zəif olduğu digər rayonlar sırasında Xızı (7), Daşkəsən ( , həmçinin Şahbuz, Ucar və Zəngilan rayonları (hər birində 11) yer alıb ki, bu da həmin ərazilərdə demək olar ki, yeni iqtisadi fəaliyyətin olmadığını göstərir. 

İlin ikinci rübünün nəticələri isə bu mənzərəni daha da aydınlaşdırır. Bu dövrdə sıfır göstəriciyə malik rayonların sırasına Sədərək də əlavə olunub. Xüsusilə diqqət çəkən məqam odur ki, Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi 6 şəhər və rayonda rüb ərzində cəmi 1 yeni iş yeri açılıb. Masallı rayonunda bu rəqəm cəmi 5 təşkil edib. 

Qeyd edək ki, iş yerlərinin sayı bağlı açıqlanan bu rəqəmlər rəsmi statistik göstəricilərdir. O da məlumdur ki, bölgələrdə heç də bütün işizlər məşğulluq idarələrində işsiz kimi qeydiyyata düşmürlər. Əgər belə olsaydı, hər halda işsizlərin sayı rəsmi rəqəmlərdən dəfələrlə çox olardı. Həmin işsizlərin isə çalışması üçün heç bir sənaye müəssisəsi yoxdur. 

Niyə bölgələrdə bir vaxtlar fəaliyyət göstərərn zavod, fabriklər yoxdur və insanlar işsizlikdən əziyyət çəkirlər? 

Məsələ ilə bağlı iqtiadçı- ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, iş yerlərinin olmamasının müxtəlif səbəbləri var və ilk növbədə regionlarda kreditləşmə problemləri çoxdur: 

“Əsasən dövlət dotasiyası və aşağı faizli kreditləşmə şərtləri olmalıdır ki, regionlarda investorların marağını cəlb etmək mümkün olsun. Təəssüf ki, Azərbaycanın regionlarında iqtisadi aktivliyin aşağı olması səbəbindən bankların təklif etdiyi kredit faizləri paytaxtla müqayisədə yüksək olur. 

Bu da investorların regionlara maraq göstərməsini azaldıb. Digər tərəfdən, logistika problemləri mövcuddur. Logistika, məsələn, çatdırılma, ixracat imkanlarının aşağı olması kimi çətinliklər var. Bu da investorların əlavə xərcə düşməsinə gətirib çıxarır ki, ona görə də maraq göstərmirlər, infrastruktur problemləri mövcuddur. 

Azərbaycanın kənd rayonlarında elektrik enerjisi təminatında uzunmüddətli fasilələr yaranır. Hər hansı bir sənaye, istehsal müəssisəsinin dayanıqlı və davamlı fəaliyyəti üçün əsasən kommunal təminat imkanları vacibdir. Yəni fasiləsiz elektrik enerjisi, qaz təchizatı olmalıdır ki, bu sahələr inkişaf etsin. 

Təəssüf ki, regionlarda tez-tez kütləvi olaraq elektrik enerjisi, qaz təminatı, əksər hallarda su probleminin geniş miqyasda olduğunun şahidi oluruq. Bu şərtlər həm kredit faizlərinin yüksək olması, həm logistika problemləri, həm kommunal kimi təminatların yetərli səviyyədə olmaması iş yerlərinin yaranmamasına gətirib çıxarır”. 

Ekspert deyir ki, digər bir tərəfdən Azərbaycanda sənaye məhəllələri modullarında iş yerləri yaratmaq üçün müəyyən təcrübələr var idi: 

“Lakin xarici bazarlara çıxış imkanları, xarici bazarlarda rəqabət posensialı zəif olduğuna görə, Azərbaycan kimi ölkələrdə istər yüngül sənaye, istərsə ağır metallurgiya sənayesi olsun, təminatları həyata keçirmirlər. 

Buna baxmayaraq, Azərbaycanda əlaqələndirilmiş kiçik istehsal və sahibkarlıq subyektləri yaratmaq olardı. Bu, dövlətin xətti ilə olmamalıdır. Dövlət hardasa bir sənaye məhəlləsi açır, oraya milyonlarla pul xərcləyir, amma sonra ortaya heç nə çıxmır. 

Məsələn, ölkədə baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi kimi müəyyən irəliləyişlərə nail olunub. Ancaq Azərbaycan barama məhsulları və yaxud pambığı daxildə yerli istehsala yönəldə bilirmi? 

Burada göstərici 10 faizdən aşağıdır. Yəni Azərbaycan pambığı xam mahlud halında ixrac edir və yerlərdə əlaqədar müəssisələr yaradılmır. 

Yaxşı olardı ki, bunu əlaqəli şəkildə təşkil edib, pambıqçılığa bağlı kiçik müəssisələr yaradılardı. Həmin müəssisələri heç olmasa xarici bazarlara çıxmasa belə, daxili bazarda ehtiyacların qarşılanması, bu bazar prinsiplərinin qorunması baxımından inkişaf etdirmək, kiçik, orta iş yerləri yaratmaq olardı”. 

O qeyd edib ki, burada ən başlıca şərt, regionların inkişaf etməməsi, investorların maraq göstərməməsinin ən vacib amili gömrük problemidir: 

“Məələn, Azərbaycanın hansısa bir regionunda investor pambıq köynək istehsal edir, onu daxili bazarda satmaq istəyir. Ancaq xaricdən ucuz qiymətə idxal edilən məhsullarla rəqabətdə uduzur. Ona görə də daxili istehsalı, sənayenin inkişaf etdirilməsini təmin etmək üçün ilk növbədə gömrük siyasətini tənzimləmək lazımdır. 

Əgər həmin məhsul daxildə istehsal olunursa, onun idxalına məhduduiyyətlər tətbiq olunmalıdır ki, daixli bazarda həmin müəssisələr öz müvqelərini möhkəmləndrə bilsinlər. Ancaq bütün bunların heç biri yerinə yetirilmir. 

Bu şərtlər olduğu təqdirdə regionlarda hər hansı sənaye müəssisəsi açmaq heç bir uğur gətirməyəcək. Hökumət buna kompleks yanaşmalıdır. Təəssüf ki, bunun işartılarını belə, görmürük”. 

Ekspertin fikrincə, mövcud vəziyyəti sovet dövrü ilə müqayisə etməyək:

“SSRİ qapalı bir bazar idi və 15 respublika var idi. Azərbaycanda konservlədirilmiş məhsullar 15 ölkəyə satıla bilirdi. Eyni zamanda, ixrac təzyiqləri yox idi. Kənardan heç nə idxal edilmir,  daxildə öz bazarını özü təmin edirdi. Məsələn, Azərbaycanda konservləşdirilmiş məhsullar Baltik ölkələrinə göndəriləndə oradan da bizə geyim göndərilirdi. 

Yəni bu, 15 ölkə arasında qurulmuş bir iqtisadi model idi. Ancaq biz yeni dünyada yaşayırıq, müstəqil, eyni zamanda kiçik ölkəyik. Dünya bazarında sənaye, aqrar məhsullarda qonşularla 0 İran, Türkiyə, Rusiya ilə rəqabət aparacaq potensialımız, xarici bazarda qalib gəlmək imkanlarımız yoxdur. 

Ona görə də ilk növbədə daxili bazar maraqlarını qorumaqla ölkənin daxili bazarlarına hədəflənmiş yerli müəssisələr yaratmaq, böyük iş yerləri açmaq olar. Hətta biz onu bəzən ixrac da edə bilərik. Hədəfimiz xarici bazar olmamalıdır. Gömrük problemini həll edib daxili bazarı qorumaq, əldə saxlamaq və bunun sayəsində də yerli istehsalı inkişaf etdirmək olar. Bunun sadə iqtisadi modeli budur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: rayonlar Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri