Icma.az
close
up
RU
Rayonlarda əhali limiti 23 aya keçir: Bölgələrə təbii qaz aşağı tariflə verilə bilərmi?

Rayonlarda əhali limiti 23 aya keçir: Bölgələrə təbii qaz aşağı tariflə verilə bilərmi?

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təbii qaz və elektrik enerjisi tariflərinin bölgələr üzrə diferensiallaşdırılması, həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli addım ola bilər. Dünya təcrübəsində geniş tətbiq olunan bu yanaşma, rayonlara dönüşü stimullaşdırmaqla yanaşı, iqlim şəraitinə uyğun enerji təminatını daha əlçatan etməyi hədəfləyir. Xüsusilə qış aylarının daha sərt keçdiyi bölgələrdə bu, həm əhali üçün rahatlıq, həm də regional inkişaf üçün yeni imkanlar yarada bilər. Bəs, təbii qaz və elektrik enerjisi qiymətləri bölgələr üçün daha aşağı tariflə verilə bilərmi?

Sitat.info-ya açıqlamasında bu haqda danışan  Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, Azərbaycan üçün aktual məsələdir: "Dünyada bunun təcrübə var,  amma çox təəssüflər olsun ki, Azərbaycanda bu cür güzəştlər tətbiq edilmir. Məsələn, Gürcüstan qazı Azərbaycandan alır. Amma Gürcüstan dağ kəndlərinə hər il pulsuz qaz limiti verir. Həmin qaz limiti ilə əksər abonentlər üç ay qışı  yola verir.  Biz qazı idxal etmirik, valyuta ilə almırıq. Qaz xalqımızın  sərvətidir. Biz, bunu yerdən hasil edirik. Amma buna baxmayaraq bütün ölkə üzrə üç pilləli limit tətbiq edirik. İlin ilk 2-3 ayında həmin limitin aşağı həddi keçilir. 1200 kub 12 qəpikdən olmaqla  2 və ya 3 aya bəs edir. Abonentlərin 90%- dən çoxu qış ayları ərzində həmin limiti bitirir".

A.Nəsirli bu barədəki statisiktanı da şübhə altına alır: "Bu yaxınlarda "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bəyan etmişdi ki, bu ilin 11 ayı ərzində abonentlərin hələ 51%- i qazın aşağı istifadə limitini keçməyib. Bu ağ yalandır. Ölkədə mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməyən binalarda, həyət evlərində qazın aşağı limiti cəmi 2 aya kifayət eləyir. Yəni, yanvar- fevral aylarında bu limit aşılır. Limit məsələsi ona görə tətbiq olunur ki, əhali qaza görə xərclərinə qənaət edə bilsin. Aşağı limit odur ki, vətəndaş bir il ərzində minimum istilik təchizatı, qaz piltələrinə görə istənilən təlabatının ödənilməsinə bəs etsin. Bu aşağı limit əgər 2 ayda keçilirsə, hökumət bu barədə düşünməlidir. Ən azı limit illik istifadə həcmindən 2-3 dəfə azdır. Hazırda qüvvədə olan tarifə görə 2500 kubdan artıq istifadə 25 qəpikdəndir. Amma 12 qəpikdən olan limit əslində 2500 kub olmalıdır. Digər mərhələ 20 qəpikdən olan limit gəlməlidir, 3000-4000 kubdan sonrakı 25 qəpikdən olmalıdır”.

A. Nəsirli vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda qazın tariflərinin bu cür tətbiq edilməsinin əleyhinədir: "Azərbaycan xalqına qaz maya dəyərinə satılmalıdır. Elektrik enerjisinə gəldikdə isə bu da eynidir. İstilik elektrik stansiyalarında alınır. Bu istilik elektrik stansiyalarının da böyük əksəriyyətində qazdan istifadə edirlər. Yəni, qaz və elektik eyni mənbədən gələn məhsuldur. Ona görə də bu iki sərvətdən formalaşan xidmət əhaliyə maya dəyərinə verilməlidir. Bununla yanaşı, məsələn, dağ kəndlərinə, bölgələrə qaz, işıq daha ucuz verilməlidir. Su bir qədər də ucuz verilməlidir, internet də həmçinin. Yəni, əhali maraqlı olmalıdır ki, getsin bölgələrdə yaşasın. İnterneti ölkə ərazisində 27 manata qaldırdılar. Ona görə bölgələrdə yaşayan əhalinin yarıdan çoxu artıq internetdən imtina edib. Burada stimul yaratmaq vacibdir”.

Aytac Baxış,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri