Icma.az
close
up
RU
Təbii qaz aşağı tariflə verilə bilərmi?

Təbii qaz aşağı tariflə verilə bilərmi?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təbii qaz və elektrik enerjisi tariflərinin bölgələr üzrə diferensiallaşdırılması, həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli addım ola bilər. Dünya təcrübəsində geniş tətbiq olunan bu yanaşma, rayonlara dönüşü stimullaşdırmaqla yanaşı, iqlim şəraitinə uyğun enerji təminatını daha əlçatan etməyi hədəfləyir. Xüsusilə qış aylarının daha sərt keçdiyi bölgələrdə bu, həm əhali üçün rahatlıq, həm də regional inkişaf üçün yeni imkanlar yarada bilər. Bəs, təbii qaz və elektrik enerjisi qiymətləri bölgələr üçün daha aşağı tariflə verilə bilərmi?

News24.az bildirir ki, Sitat.info-ya açıqlamasında bu haqda danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, Azərbaycan üçün aktual məsələdir: "Dünyada bunun təcrübə var,  amma çox təəssüflər olsun ki, Azərbaycanda bu cür güzəştlər tətbiq edilmir. Məsələn, Gürcüstan qazı Azərbaycandan alır. Amma Gürcüstan dağ kəndlərinə hər il pulsuz qaz limiti verir. Həmin qaz limiti ilə əksər abonentlər üç ay qışı  yola verir.  Biz qazı idxal etmirik, valyuta ilə almırıq. Qaz xalqımızın  sərvətidir. Biz, bunu yerdən hasil edirik. Amma buna baxmayaraq bütün ölkə üzrə üç pilləli limit tətbiq edirik. İlin ilk 2-3 ayında həmin limitin aşağı həddi keçilir. 1200 kub 12 qəpikdən olmaqla  2 və ya 3 aya bəs edir. Abonentlərin 90%- dən çoxu qış ayları ərzində həmin limiti bitirir".

A.Nəsirli bu barədəki statisiktanı da şübhə altına alır: "Bu yaxınlarda "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bəyan etmişdi ki, bu ilin 11 ayı ərzində abonentlərin hələ 51%- i qazın aşağı istifadə limitini keçməyib. Bu ağ yalandır. Ölkədə mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməyən binalarda, həyət evlərində qazın aşağı limiti cəmi 2 aya kifayət eləyir. Yəni, yanvar- fevral aylarında bu limit aşılır. Limit məsələsi ona görə tətbiq olunur ki, əhali qaza görə xərclərinə qənaət edə bilsin. Aşağı limit odur ki, vətəndaş bir il ərzində minimum istilik təchizatı, qaz piltələrinə görə istənilən təlabatının ödənilməsinə bəs etsin. Bu aşağı limit əgər 2 ayda keçilirsə, hökumət bu barədə düşünməlidir. Ən azı limit illik istifadə həcmindən 2-3 dəfə azdır. Hazırda qüvvədə olan tarifə görə 2500 kubdan artıq istifadə 25 qəpikdəndir. Amma 12 qəpikdən olan limit əslində 2500 kub olmalıdır. Digər mərhələ 20 qəpikdən olan limit gəlməlidir, 3000-4000 kubdan sonrakı 25 qəpikdən olmalıdır”.

A. Nəsirli vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda qazın tariflərinin bu cür tətbiq edilməsinin əleyhinədir: "Azərbaycan xalqına qaz maya dəyərinə satılmalıdır. Elektrik enerjisinə gəldikdə isə bu da eynidir. İstilik elektrik stansiyalarında alınır. Bu istilik elektrik stansiyalarının da böyük əksəriyyətində qazdan istifadə edirlər. Yəni, qaz və elektik eyni mənbədən gələn məhsuldur. Ona görə də bu iki sərvətdən formalaşan xidmət əhaliyə maya dəyərinə verilməlidir. Bununla yanaşı, məsələn, dağ kəndlərinə, bölgələrə qaz, işıq daha ucuz verilməlidir. Su bir qədər də ucuz verilməlidir, internet də həmçinin. Yəni, əhali maraqlı olmalıdır ki, getsin bölgələrdə yaşasın. İnterneti ölkə ərazisində 27 manata qaldırdılar. Ona görə bölgələrdə yaşayan əhalinin yarıdan çoxu artıq internetdən imtina edib. Burada stimul yaratmaq vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri