Icma.az
close
up
RU
“Rayonlardan gələn tələbə qızlar əxlaqsızlıq edir” deyən Amil Xəlilə SƏRT REAKSİYA VİDEO

“Rayonlardan gələn tələbə qızlar əxlaqsızlıq edir” deyən Amil Xəlilə SƏRT REAKSİYA VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər yenidən müzakirələrə səbəb olub. O, bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə qızların əxlaqsızlıq etdiyini bildirib.
Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:
“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib.
Bundan başqa o, Aran zonasından gəlib Bakıda ali təhsil alan bir tələbə qızın hər kəsə mesaj yazdığını deyib. 
Aparıcı onsuz da fərasəti olanın hansısa şəkildə iş tapacağını, kollec və ya bölgə universitetlərinin diplomu ilə də işləyə biləcəyini bildirib.
Mövzuya münasibət bildirən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında Amil Xəlilinin efir vasitəsilə belə çağırışlar etməsini sərt tənqid edib:
 

 “Space” telekanalında Amil Xəlil adlı aparıcı efirdə, qızlar Bakıya təhsil almağa gəlməsinlər, paytaxtda əxlaqsızlıq var və s. kimi fikirlər səsləndirib. Bunun özü artıq diskriminasiyadır. İnsanın təhsil almaq, oxumaq üçün hansı şəhəri, hansı universiteti seçmək hüququ var. Efir vasitəsilə belə çağırışlar, qadınlara qarşı ayrı-seçkiliyi daha da artırır. Qızları cəmiyyətdən təcrid etməyin belə formaları üzə çıxır”.


Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Audiovizual Şurasına sorğu ünvanlamışıq.

Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri