Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Rayonların 1 ci katiblərinin Meydan üçün yığdıqları pullar da Nemətin adamına çatdırılırdı…

Rayonların 1 ci katiblərinin Meydan üçün yığdıqları pullar da Nemətin adamına çatdırılırdı…

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Eşitdim ki, raykomun 1-ci katibi  Zakir İsgəndərov Bakıya gedərkən 50.000 (əlli min) manat pulla tutulub. O saat da Meydan üçün yığılmış 5840 manat pulun söhbəti hallanmağa başlandı…”

...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...

Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 302-304-cü səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  

(Əvvəli burada:)

“...Ayın 26-da raykomun akt zalında iclas oldu. İcraiyyə Komitəsinin sədri Zakir İsgəndərov orada iştirak etmirdi. İclası Şahin Məmmədov aparırdı. O, altmışa qədər müəssisə rəhbərlərinin qarşısında elan etdi ki, Bakıda – V.İ.Lenin adına meydandakı nümayişçilərə kömək etmək lazımdır. Qəzet işçisi Musa Nuriyev də onun fikrinə şərik oldu. Ancaq R.Əliyev adına sovxozun direktoru bildirdi ki, hazırda Bakıda komendant saatıdır. Göndərilən ərzağı tutub geri qaytara bilərlər. Ona görə də yaxşı olar ki, ora biz nağd pul göndərək. Aqrar-sənaye komitəsinin sədri Qara Bağırov təklif etdi ki, pulu ancaq müəssisə rəhbərləri versin. Bu məqsədlə ştab yarandı. Səbuhi İsmayılov, Bostan Hüseynov (Nizami sovxozunun direktoru), Musa Nuriyev (rayon qəzetinin məsul katibi) və mən ştaba üzv seçildik. Siyahıda hərənin qarşısında pul vahidi (məbləğ – Ә.Ә.) yazılmışdı. Səbuhi adları bir-bir çağırır, onlar da pulu verirdilər. Mən müəssisə rəhbəri olmadığım üçün pul vermədim. Burada 3200 (üç min iki yüz) manat pul yığıldı. Mən Z.İsgəndərova məbləğ haqqında məruzə edərkən o, pulun azlığından narazı oldu və ən azı 5000 (beş min) manat yığmağı tələb etdi.

Elə bu gün bizə məlum oldu ki, ayın 27-də Bakıdan Mərkəzi Komitənin məsul işçiləri Gədəbəyə – birinci katib seçməyə gəlirlər. Bunun üçün plenum təyin olunmuşdu. Rayonda söz gəzirdi ki, Z.İsgəndərovu rayona birinci katib təsdiq ediblər. O da özünü buna müvafiq aparırdı...

...Saat 9-da Slavyanka kəndinin mədəniyyət klubunda rayon partiya komitəsinin plenumu oldu. MK-dan İmran Əşrəfov və Hüseyn Qulubəyov gəlmişdilər. Z.İsgəndərov birinci katib seçiləndən sonra qonaqlarla birlikdə qonaq evinə getdilər...

...Ayın 28-də həmin klubda rayonun partiya-təsərrüfat aktivlərinin yığıncağı oldu. İclasın sonunda Z.İsgəndərov tələb etdi ki, pulu 5000-ə çatdırmaq üçün qalanlar da verməlidir...

...İclasdan sonra mən və RİK-in müavini Allahverdiyev RİK-ə gəlib pulu saydıq – 2840 manat elədi. Ümumi məbləğ isə 5840 manat oldu. Onu da deyim ki, bu vaxt rayonda 40 minə qədər qaçqın var idi. Allahverdiyev mənə dedi ki, birinci katibin əmridir. 800 manat pulu ona verim, qalan 5000 manatı mitinqçilər üçün V.İ.Lenin meydanına aparım. 40 manat isə mənə ezamiyyə pulu kimi verildi...

... Sonra mənə bir konvert də verdilər. Sən demə, Mərkəzi Komitə işçiləri gedərkən ezamiyyə vərəqələrini unudublarmış. Ümumi şöbənin müdiri Xoşqədəm Mahmudov konvertin üstünə telefon nömrəsi yazdı ki, ona zəng edib konverti verim (Konvert çox nazik idi). Mən Bakıda həmin telefona zəng edib, onu milisionerə verdim. Sonra meydana gəldim. Qolu qırmızı sarıqlı oğlanlardan pul yazılan yeri soruşdum. Orada bir neçə saat növbəyə durub, sonra çadıra girdim. Pulu (5 min manat) sayıb Rəsul(Nemət Pənahovun mitinq iştirakçılarına pul verməyi tövsiyə etdiyi şəxs-S.L.) adlı bir oğlana verdim. Gənc bir qız da makinada qəbz yazırdı. Ayın 30-da Gədəbəyə qayıdıb qəbzi (“raspiska”nı) Allahverdiyevə göstərdim. O da bunu Z.İsgəndərova dedi...

...Ayın 10-da mən qaçqınlarla əlaqədar Novo-Saratovkada oldum. Gədəbəyə gələndə eşitdim ki, raykomun 1-ci katibi  Zakir İsgəndərov Bakıya gedərkən 50.000 (əlli min) manat pulla tutulub. O saat da meydan üçün yığılmış 5840 manat pulun söhbəti hallanmağa başlandı. 800 manat çatışmayan pulu da hallandırırdılar. Əslində mən o pulu kassiri Vaqif Nəsirov olan fonda vermişdim...

Sonra məni işdən və partiyadan çıxardılar. Bu hadisə iclasda başını aşağı dikən MK işçisi Rəhim Məmmədovun yanında oldu (XII cild, s. 63-73).

(Onu da deyim ki, Z.İsgəndərovun 54675 №-li cinayət işi bizim işlə birlikdə aparılmış, 01.08.1989-cu il tarixdə isə ondan  ayrılmışdır-Ә.Ә.)”

Kitabın bu epizodunda diqqəti cəlb edən məqamlardan biri də Rayonların partiya komitələrinin 1-ci katiblərinin Meydan üçün yığdıqları pulun Nemət Pənahovun adamına çatdırılmasıydı…

Çox maraqlıdır ki, televiziya ilə rəsmi çıxışlarında Meydana toplaşanları ekstremist qüvvələr adlandıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərləri nədən bir zavod fəhləsinin yaratdığı fonda rayonlardan, həmçinin idarə, müəssisə, ali məktəb, fabrik, zavodlardan və s. pul toplanmasına imkan verirdi?

Bu suala da növbəti yazılarımızda cavab tapmağa çalışacağıq...

(Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri