Icma.az
close
up
RU
Razi Abbasbəyli: Tütün məhsullarının qaçaqmalçılığı beynəlxalq miqyasda bir problemdir

Razi Abbasbəyli: Tütün məhsullarının qaçaqmalçılığı beynəlxalq miqyasda bir problemdir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib.

APA xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 210 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, aksiz markası olmayan tütün məhsullarının ticarət dövriyyəsi ilə bağlı bir sıra cəza tədbirləri mövcuddur: 


“Fiziki və hüquqi şəxslər üçün ayrı ayrılıqda cəzalar nəzərdə tutulub. Əsasən maliyyə sanksiyaları tətbiq edilir. Qaçaqmalçılıq yolu ilə gətirilən böyük sayda siqaret və tütün məhsullarının qanunsuz olaraq aksiz markası olmadan dövriyyəsini təşkil etmə və pərakəndə satışına şərait yaratmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sərt cəzalar nəzərdə tutulub. Burada hətta orta və uzunmüddətli azadlıqdan məhrumetmə cəzası da mövcuddur. Yəni bu cəzalar həm müvafiq gömrük orqanları, həm də digər hüquq mühafizə orqanları tərəfindən aşkarlanaraq tədbirlər görülə bilər. Dünyanın əksər ölkələrində qaçaqmalçılıqla mübarizə tədbirləri yüzdə yüz effekt vermir. Xüsusilə də tütün məhsullarının qaçaqmalçılığı beynəlxalq miqyasda mövcud olan bir problemdir. Azərbaycanda da bu problem mövcuddur. Azərbaycanın gömrük orqanları bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirir, qaçaqmal yolu ilə ölkəyə tütün məhsullarının gətirilən zaman cəhdlərin qarşısı alınır. Buna baxmayaraq, problem dünyanın qarşılaşdığı beynəlxalq bir problemdir və bu problemlə bağlı olaraq Azərbaycan gömrük orqanları beynəlxalq təşkilatlarla, o cümlədən də ayrı ayrılıqda ikitərəfli qarşılıqlı razılaşma yolu ilə, digər ölkələrin gömrük orqanları ilə əməkdaşlıq edirlər. Azərbaycana əsasən Əfqanıstan, İran, Türkmənistan, Qazaxıstan və  daha çox Rusiya üzərindən aksiz markası olmadan qaçaqmal yolu ilə tütün məhsullarının gətirilməsinə cəhdlər olunur. Bu ölkələrdə gömrük sistemindəki neqativ halların çox olması, xüsusilə də İran, Əfqanıstan və Rusiyada rüşvət və korrupsiyanın mövcudluğu, eyni zamanda nəzarətin aşağı səviyyədə təşkili nəticə etibarilə də həmin ölkələrdən ikinci və hətta üçüncü ölkələrə aksiz markası olmadan qaçaqmal yolu ilə tütün məhsullarının daşınması prosesi həyata keçirilir. Bununla mübarizə tədbirləri aparılsa da, ilk onluqda olan ölkələrlə, təəssüf ki, Azərbaycan dəniz və quru sərhədləri ilə həmsərhəd ölkədir. Əfqanıstandan Yaxın və Orta Şərq üzərindən İrana, İrandan, isə Azərbaycana daha çox bu istiqamətdə cəhdlər olur. Rusiya,  Qazaxıstan və Türkmənistandan isə su yolu, dəniz yolu ilə Xəzər dənizi üzərindən magistral qaçaqmal tütün məhsullarının satışına cəhdlər göstərilir. Lakin bununla bağlı müvafiq olaraq mütəmadi tədbirlər həyata keçirilir və bu tədbirlər kifayət qədər effektivdir”. 


Ekspertin sözlərinə görə, dünyanın hər yerində bu problem mövcuddur:

“Əksər ölkələr, hətta Avropanın inkişaf etmiş ölkələrində belə qaçaqmal tütün ticarəti ilə məşğul olan böyük şəbəkələr var. Azərbaycanda bununla bağlı olaraq 2022-ci ildə qaçaqmalçılıqla mübarizə tədbirləri haqqında qanunvericilikdə  bir sıra dəyişikliklər edildi. Hüquqi şəxslərin qaçaqmal yolu ilə tütün və spirtli içki məhsullarının ölkəyə idxalına cəhdin göstərilməsi, daxili bazarda qaçaqmal yolu ilə əldə edilmiş məhsulların satışının təşkili ilə bağlı qanunda bir sıra dəyişikliklər olundu. Biz burada əvvəllər fiziki şəxslər üçün cinayət məsuliyyətinə cəlb etməni görmürdük, amma yeni qanunda qaçaq malın həcminə görə, maliyyə sanksiyası, azadlıqdan məhrumetmə və cinayət məsuliyyətinə cəlb etmə maddələri mövcuddur. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanda mövcud olan qanunlar, qanunvericilik bazası kifayət qədər təkmildir və bu istiqamətdə də, gömrük orqanları, hüquq mühafizə orqanları mütəmadi olaraq mübarizə aparırlar və eyni zamanda, vergi orqanlarının da üzərində xüsusi payı var. Vergi orqanları da bu istiqamətdə ciddi şəkildə kameral nəzarət mexanizmlərini həyata keçirməlidir. Kassa nəzarət aparatları, vergi ödəyicisi kimi uçota alınma, xüsusilə də kiçik pərakəndə satış nöqtələrinə nəzarətin artırılması istiqamətində 2025-ci  ildən etibarən daha sərt addımlar atılacaq. Çünki bununla bağlı olaraq maliyyə nazirinin müavininin də bir açıqlaması var idi. Həmçinin növbəti ildən bazarlarda kiçik pərakəndə satış nöqtələrində də vergi uçotunun təşkili və bu istiqamətdə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər də hazırlanıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri