Icma.az
close
up
RU
Razi Nurullayev qardaşı oğlunun Dubaydakı toyundan danışdı ÖZƏL

Razi Nurullayev qardaşı oğlunun Dubaydakı toyundan danışdı ÖZƏL

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İş adamı Hasil Nurullayevin oğluna Dubayın məşhur “The Ritz-Carlton” hotelində toy etməsi xəbəri geniş müzakirələrə səbəb olub. İş adamının deputat Razi Nurullayevin qardaşı olması isə xəbərə ictimai marağı daha da artırıb. Mediada və sosial şəbəkələrdə bunla bağlı xəbərlər, videolar paylaşılır. Əsas mərkəzi fiqur kimi isə deputat R.Nurullayevin adı çəkilir.

Globalinfo.az mövzu ilə bağlı Razi Nurullayevlə əlaqə saxlayıb.

O, son günlər ünvanına yönələn suallar və iradların onda böyük təəssüf hissi doğurduğunu bildirib:

“Açıq demək istəyirəm ki, gündəmə gətirilən məsələnin mənim siyasi və ya ictimai fəaliyyətimlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda təəssüf ki, vəzifə daşıyan və ya ictimai tanınmış şəxslərin qohum çevrəsi ilə bağlı mövzular tez-tez süni şəkildə gündəmə gətirilir. Hətta illərlə əlaqəsi olmayan, müstəqil həyatı və qərarları olan qohumların şəxsi addımları belə həmin şəxsin üzərinə yüklənir. Bu, nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla bilən yanaşmadır. Hər bir insanın, istər yaxın, istər uzaq qohum olsun – öz şəxsi həyatı, öz imkanları və öz qərarları var. Mənə qohumluğu çatan şəxslər də istisna deyil. Onun harada və necə ailə qurması yalnız şəxsi seçimidir və mənim ictimai statusumla əlaqələndirilməsi heç və qəti olaraq düzgün deyil”.

Razi Nurullayev bu səbəbdən mövzu ilə bağlı əlavə suallara cavab vermək istəmədiyini qeyd edib:

“Çünki aydındır ki, bir çox hallarda faktlar deyil, əvvəlcədən formalaşdırılmış mövqelər əsas götürülür. Nə qədər izah versən də, nə qədər açıq danışsan da, məqsədi məlumat almaq yox, mövzu yaratmaq olan yanaşma dəyişmir. Cəmiyyət olaraq şəxsi həyatla ictimai məsuliyyət arasındakı sərhədi qorumağı öyrənməliyik. Əks halda bu, nə sağlam müzakirəyə, nə də ədalətli yanaşmaya xidmət edir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:503
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri