Icma.az
close
up
RU
Razi Nurullayev: “Qolumuzu çırmalayıb işlərə başlayaq”

Razi Nurullayev: “Qolumuzu çırmalayıb işlərə başlayaq”

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev iyulun 7-də parlamentdə “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 
Onun sözlərinə görə, yaxşı ideyası olan gənclər və startaplar bankdan kredit almaq istəyəndə ağır girov tələbləri və yüksək faizlərlə üzləşirlər: 

“Bu qanun isə onlara rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq, öz ideyalarını həyata keçirmək üçün alternativ maliyyə imkanı yaradır”. 

Deputat əlavə edib ki, bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olacaq: 
“Ümid edirəm ki, bu sahəyə həqiqətən də sərbəstlik veriləcək, əlavə maneələr yaradılmayacaq və sağlam rəqabət təmin olunacaq. Belə olan halda, artıq təkcə böyük şirkətlər və imkanlı investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə, onun inkişafında pay sahibi ola biləcək. Bu, həm insanların yığımlarının iqtisadiyyata cəlb olunmasına, həm də yeni ideyaların daha sürətlə reallaşmasına ciddi töhfə verəcək.
Bunun üçün elə bu gündən hamımız qolumuzu çırmalayıb maarifləndirmə işlərinə başlamalıyıq”. 

R.Nurullayev qanun layihəsi ilə bağlı narahatlığını dilə gətirərək deyib ki, bu qanun həddindən artıq bürokratik tətbiq olunsa, məqsədinə çatmayacaq: “Ona görə də təklif edirəm ki, qanunun icrasında üç əsas prinsip rəhbər tutulsun: sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi. İnsan bilməlidir ki, kraudfandinq bank əmanəti deyil, burada risk də var, yüksək gəlir əldə etmək imkanı da..”.
Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri