Razi Nurullayev toy məsələsinə görə Elçin Əlibəylini sərt tənqid etdi: Reytinq xatirinə nala mıxa vurur
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev jurnalist Elçin Əlibəylinin qardaşı oğlunun toyu ilə bağlı səsləndirdiyi tənqidlərə cavab verib.
Milli.Az xəbər verir ki, deputat qardaşı oğlunun toyunda nə israfçılıq, nə də yüksək səs olduğunu bildirib:
"Jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu və onun ailəsi başqa ölkə vətəndaşıdır. Onlar qərar verib 50 nəfərlik sadə toy ediblər. Mən parlamentdə toylarda israfçılıq və yüksək səsin əleyhinə çıxış etmişəm və bu gün də həmin mövqedəyəm".
R.Nurullayev qardaşı oğluna görə məsuliyyət daşımadığını qeyd edib:
"Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir. Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?
Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evlıniblər. Toy edənlərə "xoşbəxt olun", "Allah mübarək eləsin", "oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.
Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Yanvar 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















