Icma.az
close
up
RU
Razi Nurullayevin qardaşı oğlu ADY nin mühafizəçisini necə aldadıb? MƏHKƏMƏ

Razi Nurullayevin qardaşı oğlu ADY nin mühafizəçisini necə aldadıb? MƏHKƏMƏ

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişli Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamxal Nurullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.


İttihama görə, Şamxal Nurullayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan zərərçəkmiş Zabulla Qarayevi (soyadı şərtidir) aldatmaq qərarına gəlib. O, yüksək əmək haqqı olan işlə təmin edəcəyi barədə yalan vəd verərək, 2023-cü ilin sentyabr ayında İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Sünbül” adlı kafedə onunla görüşüb, 9000 manat məbləğində pulu aldıqdan sonra vədinə əməl etməyərək həmin pulu mənimsəyib.
Beləliklə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin 9000 manat məbləğində pul vəsaitini ələ keçirməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayəti törədib.
Məhkəmə iclasında Şamxal Nurullayev özünü təqsirli bilib və ifadəsində göstərib ki, o, 2015-ci ildən 2023-cü ilin sonuna qədər Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sürücüsü kimi çalışıb, həmçinin onun qardaşı oğludur.
Təqsirləndirilən şəxs İmişli rayon sakini, zərərçəkmiş Zabulla Qarayevi əvvəldən tanıdığını, onun əvvəllər işsiz olduğunu, deputat Razi Nurullayevin xahişi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli stansiyasında işə düzəldildiyini bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında İmişlidə olarkən Zəbulla ona müraciət edərək, iki nəfər tanışının pul müqabilində dəmir yolunda işlə təmin olunub-oluna bilməyəcəyini soruşub:
“Zəbulla əlavə etdi ki, həmin şəxslər işə düzəlmək üçün müəyyən məbləğdə pul verməyə razıdırlar. Məsələ ilə maraqlanacağımı bildirib və təxminən iki gün sonra Zəbulla ilə yenidən əlaqə saxladım. O, isə mənə 9000 manat məbləğində pulu topladığını və gətirəcəyini dedi. Razılaşmaya əsasən, biz İmişli rayonunda yerləşən “Sünbül” adlı kafedə görüşdük, orada yemək yeyərkən Zəbulla 50 və 100 manatlıq əsginaslardan ibarət 9000 manat pulu mənə təqdim etdi. Pulu aldıqdan sonra Bakıya qayıtdım və həmin vəsaiti şəxsi ehtiyaclarım üçün xərclədim”.
Təqsirləndirilən şəxs aldığı pulu əsasən borclarının ödənilməsinə və şəxsi xərclərinə sərf etdiyini, maddi vəziyyətinin ağır olması səbəbindən belə addım atdığını qeyd edib.
 

Şamxal Nurullayev tutduğu əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan ziyanı tam şəkildə ödədiyini, aralarında barışıq əldə olunduğunu, zərərçəkmişin ona qarşı şikayət və tələbinin qalmadığını, həmçinin vurulmuş zərərin 25 faizi – 2250 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəmiş olduğunu söyləyib O, bu halları nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.


Məhkəmə iclasında zərərçəkmiş Zabulla Qarayev ifadəsində deyib ki, 2021-ci ilin oktyabr ayından “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli stansiyasında mühafizəçi vəzifəsində çalışıb, lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilməyib. Bu səbəbdən 2023-cü ilin yayında rayonun deputatı Razi Nurullayevin qəbuluna getmək qərarına gəlib. Orada onu rayondan tanıdığı Şamxal Nurullayev qarşılayıb və deputatla görüşü məhz özünün təşkil edəcəyini bildirib.
Zərərçəkmiş şəxs Şamxala iş axtardığını bildirəndə, o, 10 000 manat müqabilində aylıq 1000 manat maaşlı işə düzəldəcəyinə söz verib. Bu vədə inanaraq, zərərçəkmiş şəxs dostlarından və tanışlarından 10 gün ərzində 9000 manat məbləğində pul toplamağa nail oduğunu dilə gətirib.
Onun sözlərinə görə, Şamxalla İmişli rayonu, Qulubəyli kəndi ərazisində yerləşən “Sünbül” adlı kafedə görüb və orada ona 50 və 100 manatlıq əsginaslardan ibarət 9000 manat pulu təhvil verib:
“Şamxal isə məbə nüfuzlu tanışlarının vasitəsilə işə düzəldəcəyini bildirdi. Təxminən iki həftə sonra Şamxal zəng edərək sənədlərin hazırlandığını və yaxın zamanda işə qəbul ediləcəyini vəd etdi. Lakin təxminən 3 ay keçməsinə baxmayaraq, vəd edilən işlə bağlı heç bir nəticə əldə olunmadı. Sonradan məlum oldu ki, Şamxal artıq işdən azad olunub”.
Zərərçəkmiş şəxs onun qohumları ilə əlaqə saxladığını, lakin pulu geri ala bilmədiyini söyləyib.
Bundan başqa, Zabulla Qarayev ibtidai istintaq zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, Şamxala qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edib. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri