Tramp Rusiya ilə müqavilələrini təxirə saldı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə “Finasial Times” (FT) öz mənbələrinə istinadən yazıb.
Nəşr yazıb ki, Tramp administrasiyası Rusiyanı Ukraynadakı müharibəni birgə işgüzar layihələri vasitəsilə dayandırmağı təşviq edən planını təxirə salıb. Onların sözlərinə görə, Moskva təklif olunan təşəbbüslərə az maraq göstərib. Amerika tərəfi hazırda ərazi məsələlərinə və təhlükəsizliyə diqqət yetirir.
FT-nin məlumatına görə, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Uitkof Avropa rəsmilərini prioritetlərdəki dəyişiklik barədə məlumatlandırıblar. Onların təklif etdiyi təşviqlər arasında Amerikanın Rusiyanın neft layihələrinə və titan istehsalına investisiyaları, eləcə də Avropaya boru kəməri ilə qaz tədarükünün bərpası da olub. Rusiya hava məkanının ABŞ aviaşirkətləri üçün açılması da müzakirə edilib. Vaşinqton layihələrin yalnız müharibə bitdikdən sonra mümkün olacağına dair şərt qoyub.
FT sorğusuna cavab olaraq, bir amerikalı rəsmi nəşrin məlumatlarını qeyri-dəqiq adlandırıb və Moskva ilə müharibədən sonrakı iqtisadi əməkdaşlığın danışıqların bir hissəsi olaraq qaldığını bildirib. "Biz danışıqlar yollarını inkişaf etdiririk və hazır olduqda onları elan edəcəyik və bu, elementlərdən biri olaraq qalır", - o vurğulayıb.
Mürtəzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















