Icma.az
close
up
RU
Razılıq olmadan sökülən evlərin sahibləri nə etməlidir?

Razılıq olmadan sökülən evlərin sahibləri nə etməlidir?

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu günlərdə "Melissa Group" tikinti şirkəti tərəfindən paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsi dağıdılıb. Hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, vətəndaş çıxarışı olmayan bir ünvanda yaşayırsa və daimi yaşamaq hüququ varsa, artıq həmin əmlak o şəxsin mülkiyyətidir: "Yaşayış massivi olan ərazilərin sökülməsi üçün tikinti şirkətləri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən rəsmi sənədlər toplayırlar. Bütün qurumlardan rəsmi sənədlər toplandıqdan sonra həmin ərazinin sökülməsinə başlanılır. Həmin ərazilərin qəzalı olması ilə bağlı rəy olmalıdır. Əgər rəy varsa, həmin ərazidən vətəndaşlar mütləq şəkildə köçürülməlidir. Vətəndaşı məcburi formada evindən çıxararaq evini sökmək olmaz. 2040-cı ilə kimi Bakının baş planı artıq hazır vəziyyətdə olacaq. 2040-cı ilə qədər həmin qəzalı vəziyyətdə olan və yaxud istismar müddətini bitirmiş yaşayış massivləri təmizlənməli, yeni tikili binalarla əvəzlənməlidir. Bu məsələlərdə vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılmalıdır. Rəsmi qurumlar tərəfindən vətəndaşlara zəmanət verilməlidir ki, sizin mənzilin bu tarixdə sökülüb və hər hansı bir tarixdə sizə təhvil veriləcək. Əksər hallarda vətəndaşlara rəsmi qurumlar tərəfindən zəmanət verilmədiyi üçün həmin şəxslərdə tikinti şirkətlərinə qarşı etibarsızlıq yaranır".

Onun sözlərinə görə, istər konstitusiyaya, istərsə də digər qanunvericiliyə görə mülkiyyət hüququ toxunulmaz və pozulmazdır: "Vətəndaş çıxarışı olmayan bir ünvanda yaşayırsa və daimi yaşamaq hüququ varsa, artıq həmin əmlak o şəxsin mülkiyyətidir. Bu tip hallarda baş verən hadisələrə baxsaq, tikinti şirkətləri heç bir şəxsin evini söküb tikmir. Vətəndaşlarla görüş keçirir və həmin şəxslərə şirkətinin tikdiyi evlər təqdim olunur və kirayə pulları ilə bağlı söhbətlər aparılır. Bəzi hallarda vətəndaşları şirkətin verdiyi əmlaklar qane edir və yaxud da vətəndaşlar daha böyük əmlak istəyirlər. Yaşayış massivi olan ərazilərin sökülməsi üçün tikinti şirkətləri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma Arxitektura Komitəsi və Fövqaladə Hallar Nazirliyindən rəsmi sənədlər toplayırlar. Bütün qurumlardan rəsmi sənədlər toplandıqdan sonra həmin ərazinin sökülməsinə başlanılır. Yaşayış massivlərinin sökülüb yeni binaların tikilməsi üçün qanunvericilik dəyişib. Həmin ərazilərin qəzalı olması ilə bağlı rəy olmalıdır. Əgər rəy varsa, həmin ərazidən vətəndaşlar mütləq şəkildə köçürülməlidir. Fərdi həyət evləri sökülən zaman bəzilərinin çıxarışı olmur. Əmlak bazarında həmin evlərin satış qiyməti yüksək məbləğlə dəyərləndirilmir. Ancaq sökülən ərazidən vətəndaşlara verilən yeni tikili binalardakı təmirli mənzillərin satış qiyməti vətəndaşın köhnə mənzilindən bir neçə dəfə baha olur. Tikinti şirkətləri evləri sökülən vətəndaşlara yeni binalardan mənzil təqdim edən günə qədər köç xərcləri və kirayə pulunu qarşılayır. Bu məsələlərdə vətəndaşlar tikinti şirkətindən daha çox əmlak tələb etdiyi üçün və tikinti şirkətinin digər sakinlər qarşısında götürdüyü öhdəliklər pozulmuş olur. Yəni bir ərazidə sakinlərin 80-90 faizi köçür, təxminən isə 10-15 faiz sakin çıxmır. Ancaq çıxmadığı halda şirkət bütün sakinlərdən evləri təhvil alanda onlarla notarial qaydada müqavilə bağlayaraq öhdəlik götürür.

Yəni siz köçən tarixdən təxminən 3 ilə qədər yeni tikili binadakı mənziliniz ilə təmin olunacaqsınız. Köçməyən sakinlərə görə tikinti şirkəti maddi olaraq xərcə düşür. Şirkətin səlahiyyəti, köçməyən şəxsləri məhkəməyə verərək, köçən şəxslərə ödədiyi kirayə pulunu köçməyən sakinlərdən almaq hüququ var. Ancaq vətəndaşı məcburi formada evindən çıxararaq sökmək olmaz. Bununla bağlı tək tikinti şirkəti deyil, tikintiyə icazə verən qurumlar həmin şirkətə dəstək olmalıdır".

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, tikinti şirkətinin içərisində yaşayış olan evi dağıtması qanunsuzluq və özbaşınalıqdır: "Yaşayış, məskunlaşma olan yerdə, insanların icazəsi olmadan söküntü aparmaq olmaz. Bu, qanunla qadağandır. Başqasının əmlakına zərər vurma və ya məhv etmə kimi əməllər cinayət sayılır və buna görə qarşı tərəf məsuliyyət daşıyır. Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən, özgənin əmlakını zədələmə və ya məhv etmə, külli miqdarda ziyan vurmaya görə də müvafiq cərimə və cəza təyin olunur. Hər kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli şəkildə ödəmək şərti ilə yol verilə bilər".

S.Məmmədov qeyd edib ki, söküntü dövlət ehtiyacları üçün edilərsə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: "Burada söküntü işləri özəl şirkət tərəfindən tərəfindən həyata keçirilir. Şirkət yerli icra hakimiyyəti ilə razılaşdırılmaqla yaşayış və ya qeyri-yaşayış sahəsi tikə bilər. Amma bu zaman, mütləq şəkildə mülkiyyət sahiblərinin razılığı olmalıdır. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsi olanda müvafiq bazar qiymətləri təklif olunur. Mülkiyyətçi razı olmayanda ona məhkəməyə müraciət etmək hüququ verilir. Razılaşdırılma olduqdan sonra o ərazilər dövlət tərəfindən alınıb, tamamilə təmizlənib sahibkarlara satılır ki, müvafiq proyekt əsasında orada binalar inşa olunsun. Hazırda bu əraziddə söküntü və əmlakın özgəninkiləşdirilməsi dövlət ehtiyaclarının ödənilməsi üçün edilmir. Özəl şirkət tərəfindən bu ərazi alınıb və söküntü işlərinə başlanılıb. Bu işi şirkət özbaşına görə bilməz. Öncə orada yaşayan insanlarla razılığa gəlinməlidir. Evini satmaq istəməyən insanları buna məcbur etmək olmaz. Hazırkı vəziyyətdə daha qanunsuz işlərə əl atılıb və orada yaşayan insanların mənzillərinin işıq, qaz, su və istilik təchizatı dayandırılıb. Onlar məcbur edilir ki, mənzillərini şirkətə satıb çıxsınlar. Bu, tamamilə qanunsuzdur. İnsanları məcburi şəkildə yaşadıqları evdən çıxarmaq, mülkiyyətçi hüququndan məhrum etmək ölkə qanunvericiliyinə ziddir".

Sahib Məmmədov qeyd edib ki, yaşayış olan evləri özbaşına dağıtmaqla bu şirkətlər insan həyatına təhlükə yaratmış olurlar. Bu zaman onlar həm cinayət, həm də mülki məsuliyyət daşıyırlar: "Yaşayış olan ərazidə tikinti aparmaq orada yaşayan insanların həyatını təhlükə qarşısında qoymaq deməkdir. İnsanların yaşadığı evi uçurtmaq isə cinayətdir.

Yaşayış evi qanunsuz olaraq dağıdılıbsa, mütləq şəkildə dəymiş ziyan ödənilməlidir. İnsanların həyatına təhlükə varsa, cinayət işi açılmalı və belə hallara yol verənlər qanun qarşısında cavab verməlidirlər".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarını qoruyur. Hətta ev qeyri-qanuni tikili olsa belə, orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz. İnzibati Xətalar Məcəlləsinə görə, şirkətin etdiyi məsuliyyət yaradır. Bu, qeyri-qanuni hərəkətdir. Belə ki, hüquqi əsas olmadan mülkiyyətə müdaxilə və insan həyatı üçün təhlükə yaratmaq cinayətdir.

Burada mülkiyyətin məhv edilməsi baş verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186, 187-ci maddələri qüvvəyə minir. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır. Yaşayış binasının içərisində insan olduğu üçün bu, həm də xüsusi təhlükəli əməl sayılır. Cinayət Məcəlləsinin müvafiq bəndi üzrə də məsuliyyətə cəlb edilə bilər.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, hazırda MTK-lar və sakinlər arasında narazılıqlar, ciddi problemlər var: "Bəzi MTK-lar kifayət qədər vəsaitləri olmadığı halda hansısa ərazidə bina tikmək cəhdi göstərir, vətəndaşlara heç bir vəsait ödəmədən ərazidə bina tikmək, həmin vətəndaşları tikiləcək yeni binada mənzillərlə təmin etmək öhdəliyini götürürlər.

Bina tikiləcəyi müddət ərzində onların kirayə xərclərini ödəyəcəklərini deyirlər. MTK-lar tikinti prosesində ciddi maliyyə problemləri ilə üzləşirlər. Nəticədə, sökdükləri binanın vaxtında tikilib təhvil verilməsi prosesi uzanır.

Sakinlər isə daha uzun müddət kirayə qalmağa məcbur olurlar.

Bu müddət ərzində həm sakinlərin kirayə pulunu ödəmək, həm də onları razı salmaq MTK-lar üçün ciddi problemə çevrilir.

Nəticə etibarilə, hər iki tərəf arasında narazılıq yaranır, hətta iş məhkəməyə qədər gedir. Bəzən MTK-lar hansı ərazidə bina tikmək istəyirlərsə, orada bir neçə sakinin razılığını alsalar da, digərləri ilə razılaşa bilmirlər, çünki ödəniləcək məbləğ, veriləcək evin kvadratı sakinləri qane etmir. Burada da hər iki tərəfin haqlı olduğu məsələlər var. Bəzən kiçik kvadratlı evlərdə çox sayda sakin qeydiyyatda olur və onlar daha çox vəsait əldə etmək istəyirlər. MTK isə standart qaydalar çərçivəsində həmin sakinlərə ödəniş edirlər. Bu baxımdan bir ərazidə 50 evdən 40-ı ilə razılıq əldə olunsa da, 10 evi razı salmaları mümkün olmur. MTK isə həmin 10 sakinin hüquqlarını nəzərə almadan söküntüyə, hətta tikintiyə başlayır.

Nəticədə, vətəndaşlar böyük əziyyət çəkirlər. Bu problemlərin həllinə dair konkret qaydalar müəyyənləşdirilməlidir ki, tərəflər əziyyət çəkməsinlər. Xüsusilə, sakinlərin hüquqları mütləq qorunmalıdır".

N.Həmzəyevin sözlərinə görə, bəzən söküləcək evlərin, ümumiyyətlə, sənədi olmur, ancaq sakin yerləşdiyi əraziyə görə MTK-dan vəsait tələb edir: "MTK bu məsələdə də sakinlərin razı qalmasını təmin etməlidir. Hətta 20 ildir, heç bir sənədi olmasa da, sakin öz həyətində ev tikib, övladları orada yaşayır. Hər halda müəyyən problemlərə görə sənədləşmə işini həyata keçirə bilmir. Ancaq MTK həmin ərazini qanuni kvadrata salmır. Nəticədə, həmin sakinlər çox ciddi problemlə üzləşirlər. Sakinlərin tam məmnunluğu təmin edilməlidir. Bəzən haqsız sakinlər də olur. Qanundan tamamilə kənara çıxaraq heç bir haqları olmadığı halda müəyyən tələblər irəli sürürlər. Lakin bu cür hallar elə də çox deyil. MTK-lar tərəfindən sakinlərin incidilməsi, problem yaşadılması halları daha çoxdur. Bununla bağlı bizə kifayət qədər müraciətlər gəlir. Bir sözlə, mövcud problemləri aradan qaldırmaq üçün aidiyyəti qurumlar səfərbər olmalıdırlar. Bu cür ağır layihələrin həyata keçirilməsi üçün hər MTK-ya icazə verilməməlidir. Həqiqətən iş təcrübəsi olan, kifayət qədər bu cür sosial layihələr həyata keçirən, sakinlərə ciddi narazılıq yaratmayan, dövlət, hökumət üçün problem yaratmayan MTK-lara icazə verilməlidir. Nəyin bahasına olursa-olsun, sakinlərin tam razılığı təmin edilməlidir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see159

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see153

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see143

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see142

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see142

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see141

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see127

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see119

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see111

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri