“Real 120 milyona bu ulduzu ALACAQ
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
PSJ-nin aparıcı futbolçularından biri olan Vitinyanın "Real Madrid"ə mümkün transferi futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq üçün 120 milyon avro ayırmağa hazırdır. "Kral klubu"nun rəhbərliyi 25 yaşlı futbolçu ilə bağlı rəsmi təklif üzərində iş aparır.
Məlumata görə, Vitinyanın PSJ ilə uzunmüddətli - 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləsi transfer danışıqlarının gedişinə təsir göstərə biləcək əsas amillərdən biridir.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsüm Paris təmsilçisinin heyətində 32 oyunda meydana çıxaraq 6 qola imza atıb və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Hüseyn
Milli.Az
Baxış sayı:162
Bu xəbər 10 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















