Real Ançelottinin əvəzləyicisini tapdı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Karlo Ançelotti ilə yollarını ayıracağı deyilən "Real Madrid"in prezidenti Florentino Peresin planları arasında "Fənərbaxça"nın məşqçisi Joze Mourinyonun da yer aldığı irəli sürülür.
Metbuat.az xəbər verir ki, "Real Madrid"in Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a 0:3 hesabı ilə məğlub olması baş məşqçi Karlo Ançelottini çətin vəziyyətdə qoyub. İspaniya mediasının məlumatına görə, Xabi Alonso “Real”ın A planıdır, lakin “Bayer Leverkuzen”lə daha bir il müqaviləsi olan məşqçi ilə razılıq əldə olunmasa, Joze Mourinyo seçim ola bilər. Xəbərdə deyilir ki, Peres Mourinyo ilə müvəqqəti müqavilə imzalayaraq, növbəti mövsümlər üçün Alonsonu razı salmağa çalışacaq.
“Real Madrid” azarkeşlərin də portuqaliyalı çalışdırıcının qayıdışından məmnun qalacağı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 14 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















