Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

“Real Ermənistan” konsepsiyası ciddi böhran keçirir

“Real Ermənistan” konsepsiyası ciddi böhran keçirir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Erməni cəmiyyətinin diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası bunu təsdiqləyir

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra Qarabağ  və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Hazırda azad edilmiş doğma yurdlarımıza xarici qonaqlar da səfərlər edirlər. Eləcə də ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar.

İcma: Ermənilər “miatsum”dan tam imtinada tərəddüd edir

Lakin diplomatların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistanda ciddi “narahatlıq” doğurub. Ermənilərin  xarici diplomatların bu səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. Bununla bağlı Azərbaycan cəmiyyətində haqlı olaraq rəsmi İrəvanın sülh prosesində səmimi olmadığı qənaəti formalaşır. Qərbi Azərbaycan İcması da ermənilərin əsassız iddialarına laqeyd qalmır, mövzu ilə bağlı öz mövqeyini ifadə edir. İcmanın növbəti bəyanatında da bildirilib ki, iki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir.

Bəyanatda qeyd olunub ki, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik: “Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş edib. Məhz bu kimi zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, “miatsum” siyasətinə sürükləmiş, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaradıb. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır”.

Yalançı tarixin girovları...

Bəyanatda Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etməyə, habelə mütəmadi olaraq Azərbaycanda haqlı narazılıq yaradan təxribatçı əməllərdən çəkinməyə çağırıb.

İcmanın digər bəyanatında isə vurğulanıb ki, baş verənlər bir daha erməni xalqının sülhə hazır olmadığını göstərir. Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq, “Real Ermənistan” konsepsiyasını təlqin etmək əvəzinə, özü prosesləri istiqamətləndirir və qəbuledilməz bəyanatlar verir. “Ermənistanın Azərbaycanın suveren ərazilərində qədim Azərbaycan xalqına məxsus mədəni irsə iddia etməsi və bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması qəbuledilməzdir”, - deyə bəyanatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməli, yalançı tarixin girovu olmaqdan xilas olmalıdır. Əgər Ermənistanı həqiqətən mədəni irsin qorunması qayğılandırırsa, onda Azərbaycan xalqına məxsus məscidlərin, tarixi abidələrin və qəbiristanlıqların dağıdılmasına, eləcə də İrəvandakı Göy məscidin işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidi kimi “bərpa edilərək” başqa xalqın adına çıxarılması kimi əməllərə son qoymalıdır.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri