“Real” ikiillik boykotdan sonra “Qızıl top” mərasiminə qayıdır
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın “Real” klubu ikiillik fasilədən sonra “Qızıl top” mükafatının təqdimetmə mərasimində yenidən geniş tərkibdə təmsil olunmağa hazırlaşır.
İdman.Biz Fransanın “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin oktyabrın 26-da Londonda keçiriləcək mərasimə çoxsaylı nümayəndə heyəti göndərəcəyi gözlənilir.
Nümayəndə heyətinin tərkibində mükafata namizəd göstərilən bir neçə futbolçunun da yer alacağı bildirilir. Bununla belə, klub mərasimə qatılacaq şəxslərin siyahısını hələ rəsmən açıqlamayıb.
Xatırladaq ki, “Real” 2024-cü ildə braziliyalı hücumçusu Vinisius Juniorun “Qızıl top”u qazanmayacağını öyrəndikdən sonra Parisdə keçirilən mərasimi boykot edib. Həmin il mükafat İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə təqdim olunub.
Madrid klubu 2025-ci ildə də mükafatlandırma mərasimində rəsmi nümayəndə heyəti ilə iştirak etməyib.
Lakin bu il vəziyyət dəyişməyə başlayıb. “Real” sentyabrda Kilian Mbappe, Vinisius Junior, Cud Bellingem və Mark Kukurelyanın “Qızıl top”a namizəd göstərilməsi barədə rəsmi saytında məlumat yayıb. Bu addım klubun mükafatın təşkilatçıları ilə münasibətlərində yumşalmanın əlaməti kimi qiymətləndirilib.
Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonun “Palladium” teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















