Real ın 4 futbolçusunun davranışı ilə bağlı araşdırma başlanıb
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA-nın mətbuat xidməti, Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab oyunundan sonra "Real" futbolçuları Antonio Rüdiger, Kilian Mbappe, Dani Sebalyos və Vinisius Juniorun davranışı ilə bağlı araşdırma başladığını açıqlayıb.
Sportal.az xəbər verir ki, 12 martda baş tutan matçda "Atletiko" əsas vaxtda qalib gəlsə də (1:0), penaltilər seriyasında (2:4) məğlub olaraq turnirdən kənarla qalıb. Oyundan sonra "Real"ın futbolçuları qələbəni "Atletiko" azarkeşlərinin tribunası qarşısında qeyd ediblər. "Atletiko" bunu təxribat kimi qiymətləndirərək UEFA-ya rəsmi şikayət ünvanlamışdı.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real" "Arsenal"la qarşılaşacaq. İlk oyun 8 apreldə Londonda baş tutacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Mart 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















