Real Madrid bu turnirdə özünü evindəki kimi hiss edir Cüzeppi Berqomi
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnter”in əfsanəsi Cüzeppi Berqomi Çempionlar Liqasında “Real Madrid”ə qarşı keçiriləcək oyun öncəsi komandasının şanslarını və qarşılaşmadan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "AS" yayıb.
Berqomi hesab edir ki, “İnter” “Santyaqo Bernabeu”da yalnız müdafiəyə çəkilməməlidir:
“Ümid edirəm ki, "İnter" cəsarətli oynayacaq. Əgər yalnız müdafiə olunmağa çıxsaq, heç bir şansımız olmayacaq. Bernabeuda oyuna nəzarət etməyi düşünmək bir qədər xəyalpərəstlikdir, amma biz cəsarət və düzgün münasibət göstərməli, yarımmüdafiədə nəzarəti ələ keçirməyə çalışmalıyıq. Çünki onların həmin mövqedə mühüm itkiləri var. "Real Madrid" bu turnirdə özünü evindəki kimi hiss edir. Heç vaxt təslim olmurlar və bu xüsusiyyət dünyanın heç bir komandasında yoxdur. Onlar möhtəşəm oyunlar və inanılmaz geridönüşlərlə özlərinə bənzərsiz bir əfsanə yaradıblar.”
Berqominin sözlərinə görə, “İnter”in əsas məqsədi “Real Madrid” qarşısında qorxaq və yalnız müdafiəyönümlü futbol deyil, cəsarətli və aqressiv oyun nümayiş etdirmək olmalıdır.
Qeyd edək ki, tərəflər arasında görüş sentyabrın 8-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















