Real Madrid in qapıçısı İngiltərə nəhənginə keçməyə yaxındır
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Real Madrid"in qapıçısı Andrey Lunin karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalı qolkiperin xidmətində "Mançester Yunayted" maraqlıdır.
Xəbərə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi və məşqçilər korpusu Luninin komandanın kamerunlu "çərçivə" qoruyucusu Andre Onana ilə əsas heyət uğrunda rəqabət aparacağına və bu məqamın nəticələrə müsbət təsir edəcəyinə inanırlar.
Qeyd edək ki, 26 yaşlı Lunin cari mövsüm "Real" forması ilə 9 matça çıxaraq 12 qol buraxıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

PSJnin forvardı İngiltərə nəhənginə keçməyə yaxındır
22 Noyabr 2024 01:36
PSJnin müdafiəçisi İngiltərə nəhənginə keçməyə yaxındır
07 Yanvar 2025 12:34
Lillin hücumçusu gələn ay İngiltərə nəhənginə keçməyə yaxındır
27 Dekabr 2024 12:35
Fənərbağça nın ala bilmədiyi oyunçu İngiltərə nəhənginə keçməyə yaxındır
20 Yanvar 2025 14:32
