“Real Madrid” Mbappeyə görə Çindən üzr istədi RƏSMİ
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Real Madrid” klubu futbolçusu Kilian Mbappenin açıqlamalarına görə Çin xalqından üzr istəyib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi bununla bağlı rəsmi bəyanat yayıb.
Klub fransalı hücumçunun son açıqlamalarının Çində narazılıq yaratmasından təəssüfləndiyini bildirib.
“Real Madrid” Çin xalqına Kilian Mbappenin son sözlərinin səbəb ola biləcəyi narahatlığa görə üzrxahlığını bildirir. Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də “Real Madrid”ə sevgi və rəğbət bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır”, – deyə bəyanatda qeyd olunub.
Madrid klubu Mbappenin də ictimaiyyət qarşısında üzr istədiyini xatırladıb:
“Klub Kilian Mbappenin açıq şəkildə bildirdiyi üzrxahlığa qoşulur. Futbolçu sözlərinə görə peşmanlığını ifadə edib və Çin xalqına hörmətini bir daha vurğulayıb”.
“Real Madrid” həmçinin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşma prinsiplərinə sadiqliyini təsdiqləyərək Çinlə dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, qalmaqala Mbappenin sosial şəbəkələrdə yayılan videoda Çin Xalq Respublikasının qurucusu Mao Tszedunu diktator adlandırması səbəb olub. Fransalı futbolçu üzünün Mao Tszedunun fotosuna montaj edildiyi internet zarafatından danışarkən bu ifadəni işlədib. Görüntülər Çində ciddi narazılıq yaradıb. Bundan sonra Çinin “Dongpeng”, “Mengniu” və “Milkground” şirkətləri Mbappe ilə sponsorluq müqavilələrinə xitam veriblər. Çin dövlət televiziyası CCTV isə İspaniya La Liqasının oyunlarının yayımını dayandırıb və futbolçunun iştirak etdiyi reklamları efirdən çıxarıb.
“Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək” İsmail Kartal avtomobil qəzasına düşüb İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















