REAL Partiyasının sədri Natiq Cəfərlidir, yoxsa…? FOTO
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda Respublikaçı Alternativ (REAL) Partiyasının rəhbərliyi ilə bağlı rəsmi məlumatlarda uyğunsuzluq müşahidə olunur. Belə ki, partiyanın sədri vəzifəsini hazırda Natiq Cəfərli icra etsə də, REAL Partiyasının rəsmi internet saytında yerləşdirilən “Rəhbərlik” bölməsində partiyanın rəhbəri kimi keçmiş sədr İlqar Məmmədovun adı qeyd olunub.
KONKRET.az xəbər verir ki, İlqar Məmmədov REAL Partiyasına uzun müddət rəhbərlik edib və sonradan partiya sədrliyi vəzifəsindən istefa verib. Onun yerinə Natiq Cəfərli sədr seçilib və bu dəyişiklik ictimaiyyətə açıqlanıb. Buna baxmayaraq, partiyanın rəsmi saytında müvafiq məlumatın hələ də yenilənməməsi suallar doğurur.
Sözügedən uyğunsuzluq siyasi prosesləri izləyən şəxslər və ictimaiyyət üçün çaşqınlıq yarada bilər. Xüsusilə rəsmi mənbə hesab olunan partiya saytında rəhbərliklə bağlı məlumatların aktual olmaması partiyanın institusional kommunikasiya məsələlərini gündəmə gətirir.
Hazırda REAL Partiyasının rəhbərliyi və ya mətbuat xidməti tərəfindən bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Saytdakı məlumatın texniki səbəbdən yenilənməməsi və ya başqa amillərlə bağlı olub-olmadığı məlum deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















