Real transferi yekunlaşdırmaq üzrədir finalda oynatmaq üçün 900 min avro ödəməyə hazırdır
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Real" Trent Aleksandr-Arnoldun transferini tamamlamaq üzrədir. Daha əvvəl 26 yaşlı müdafiəçi bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı.
Sportal.az xəbər verir ki, "As" nəşrinin məlumatına görə, futbolçunun Madrid klubuna keçidi artıq qaçılmazdır, hazırda yalnız müqavilənin müddəti müzakirə olunur – müqavilə 5 və ya 6 illik ola bilər, ehtimallar daha çox ikinci variant üzərindədir.
Gözlənilir ki, transfer barədə rəsmi açıqlama La Liqa mövsümünün sonunda veriləcək. Lakin əgər "Real" çempionluq şansını vaxtından əvvəl itirərsə, planlar dəyişə bilər.
"Real" Arnoldu klublararası dünya çempionatında oynatmaq istəyir və bu məqsədlə "Liverpul"a simvolik məbləğ – təxminən 900 min avro ödəməyə hazırdır. Trent də İngiltərə klubunda müqaviləsinin son həftələrindəki maaşından imtina edə bilər, bu məbləği ona Madrid klubu ödəyəcək.
Premyer Liqanın cari mövsümündə Aleksander-Arnold 31 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 May 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















