“Real”ın sabiq ulduzu: “Madrid klubu Mbappedən asılı vəziyyətə düşüb”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Madridin “Real” klubunun sabiq futbolçusu Xorxe Valdano hesab edir ki, komanda bu mövsüm Kilian Mbappenin oyunundan həddindən artıq asılı vəziyyətə düşüb.
İdman.Biz xəbər verir ki, 70 yaşlı sabiq futbolçu bu barədə “Madrid Universal”a açıqlamasında deyib.
Xatırladaq ki, K.Mbappe La Liqanın son turunda “Jirona” ilə 1:1 hesabı ilə başa çatan qarşılaşmada madridlilərin yeganə qolunu vurub. Ulduz forvard penalti zərbəsini dəqiq yerinə yetirməklə həm də İspaniya çempionatının bombardirlər yarışında liderliyini möhkəmləndirib.
“Real indi özünə bu sualı verməlidir: Mbappesiz komanda hansı vəziyyətdə olardı?” – deyə Xorxe Valdano bildirib.
Kilian Mbappe Xabi Alonsonun rəhbərlik etdiyi komandanın cari mövsümdə keçirdiyi 19 oyunda 23 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Dekabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















