Icma.az
close
up
RU
Reanimasiyalarda yer yoxdur SƏBƏB AÇIQLANDI

Reanimasiyalarda yer yoxdur SƏBƏB AÇIQLANDI

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu, İcbari Tibbi Sığortanın bütün ölkə ərazisində, o cümlədən paytaxt Bakıda tətbiqi ilə bağlıdır


Həkimdən tövsiyə: "Təcili yardım xəstəxanada boş çarpayı tapmasa, Böyük Həkimə məlumat verin’”


Dövlət xəstəxanalarının reanimasiya şöbələrində çarpayı çatışmazlığından şikayətlər var. Paytaxt sakinlərindən biri bu barədə sosial şəbəkə hesabında yazıb.  Qeyd edilir ki, paytaxt sakini dializ xəstəsi olan atasını Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmək istəsə də, bu, mümkün olmayıb: “Atam böyrək çatışmazlığından əziyyət çəkir. 

Vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Həkim rəyinə əsasən, reanimasiyaya yerləşdirilməlidir. Nəinki bu xəstəxanada, biz Təcili Təxirəsalınmaz Tibbi Yardıma başqa xəstəxanada yerləşdirilmə üçün müraciət etsək də, imtina etdilər. Atamın yaşama və müalicə hüququ var, "SOCAR" sığortası var". Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir: "Bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər. Qeyd etməliyik ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir.  Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşlar TƏBİB tabeli tibb müəssisələrinə yerləşdirilə bilmir. Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir". 

Belə olan halda səhhətində ciddi problem yaranmış insanlar hara müraciət etməli, hansı vasitəyə əl atmalıdır?


Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, xəstəxanaların reanimasiya şöbələrində doluluq faizinin yüksək olması real, eyni zamanda təəssüf doğuran haldır: 

- Bəli, hazırda paytaxtdakı tibb müəssisələrində, xəstəxanalarda doluluq müşahidə edilir. Bu, İcbari Tibbi Sığortanın bütün ölkə ərazisində, o cümlədən də paytaxt Bakıda tətbiqi ilə bağlıdır. Vətəndaşlar İcbari Tibbi Sığortanın yaratdlığı şəraitdən, verdiyi hüquqdan istifadə etmək istəyir, bu, əlbtətə, vətəndşaın haqqıdır. Amma bəzən vətəndaşlar  zəruri ehtiyac olmadan, lazım gəldi-gəlmədi, stasionarda yatış, intensiv terapiya tələb edirlər. Bu da xəsətxana palatalarında doluluq səviyyəsinin yüksəlməsinə səbəb olur. Bəzən həqəqətən də intensiv terapiyaya zəruri ehtiyacı yaranmış şəxs bu doluluq səbəbindən xəstəxanaya yerləşdirilə bilmir. Vətəndaşlar bunu nəzərə almalıdırlar. Bilməlidirlər ki, onların əsassız inadı, başqa birisinin həyatına bais ola bilər. 


Ş.Məmmədov qeyd etdi ki, bu cür hallarda təcili yardmı gühanlandırmaq əsassızdır: 

- Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzləşmiş formada idarə olunur.  Təcili yardın briqadası Böyük Həkimlə əlaqə yaradır, Böyük Həkim müraciət etmiş şəxsin vəziyyətinə uyğun hansı tibb müəssisəsinə yönləndiriləcəyinə qərar verir. Təcili yardım da vətəndaşı həmin xəsətxanaya aparır. Əgər ünvana çatdıqda məlum olursa ki, həmin xəstəxanada doluluq səviyyəsi yüksəkdir, boş çarpayı yoxdur, xəstə qalır dəhlizdə. Bu halda Böyük  Həkimlə təkrar əlaqə saxlanmalı və vəziyyət barədə məlumat verilməlidir, xəstə başqa bir müəssisəyə yönləndirilməlidir. 

Həkim bildirdi ki, hazırda xəstəxanaların reanimasiya və intensiv terapiya şöbələrində çarpayı sayı azlıq təşkil edir: 

- Reanimasiya və intensiv terapiya şöbərində çarpayı sayı mütləq artırılmalıdır. Nəzərə alınmalıdır ki, paytaxtda əhalinin sayı olduqca yüksəkdir. Ona görə də belə problemlər yaşanır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri