Rebrovun etirazı ilə qarşılaşan AFFdən etiraf: Biz bunu ən yaxşı həll yolu hesab etmişdik
Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Millətlər Liqası çərçivəsində bu gün keçiriləcək Albaniya - Ukrayna matçından əvvəl baş tutan mətbuat konfransında qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı VZBIRNA "Telegram" kanalı yayıb.
Mənbənin məlumatına görə, ötən axşam təşkil olunan oyunöncəsi mətbuat konfransında Ukrayna millisinin nümayəndələri rus dilinə tərcümədən "qəti şəkildə" imtina ediblər.
Tədbirdə tərcüməçi Ukrayna tərəfinə sualları rus dilində çatdırmaq istədikdə, baş məşqçi Sergey Rebrov və hücumçu Roman Yaremçuk bu variantdan qəti şəkildə imtina ediblər. Nəticədə suallar alban dilindən ingilis dilinə tərcümə edilib.
Albaniya Futbol Federasiyası etiraf edib ki, onlar bunu “ən yaxşı həll yolu hesab edirlər, çünki rus dili Ukraynaya bənzəyir”.
Albaniya - Ukrayna oyunu bu gün, noyabrın 19-da 23:45-də keçiriləcək. Final mərhələsi öncəsi Ukrayna öz qrupunda sonuncu, Albaniya isə 3-cü yerdədir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















