Icma.az
close
up
RU
Ukrayna hərbçilərini əsir götürdüyü kolumbiyalılar başlarına gələnlərdən danışdı... VİDEO

Ukrayna hərbçilərini əsir götürdüyü kolumbiyalılar başlarına gələnlərdən danışdı... VİDEO

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Qüvvələri tərəfindən iki Kolumbiya vətəndaşı əsir götürülüb.

Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə 425-ci əlahiddə həmlə alayı "Skala" məlumat yayıb. 

Məhbuslar iddia edirlər ki, Rusiyaya işləmək üçün gəliblər və Ukraynaya qarşı savaşa aldadılaraq qatılıblar. Onlara ayda 2500 dollar vəd edilib, lakin indiydək həmin pulu almayıblar.

425-ci əlahiddə həmlə alayının məlumatına görə, "Kolumbiyalılar Ufaya çatanda sənədləri müsadirə edilib, onlara pulemyotlar verilib və yeməksiz və susuz Pokrovska hücum etməyə göndəriliblər".

Hərbçilər həmçinin əsir götürülmüş kolumbiyalılarla söhbətin videosunu yayımlayıblar. Onlardan biri ona hərbi hissələrdən birində qaynaqçı kimi işləməyi vəd edildiyini bildirib. Digəri isə Rusiyada qaz emalı zavodunu mühafizəçisi  işi haqqında dostundan öyrənib.

"Dedilər ki, maksimum bir aylıq işdir. Bunun yalan olduğu ortaya çıxdı. Boqotadan İstanbula, İstanbuldan Ufaya uçmuşuq. Ufaya çatanda pasportlarımızı, telefonlarımızı və bütün sənədlərimizi götürdülər. Üç gün sonra bizi avtobusa mindirib təxminən 36 saat ərzində naməlum bir yerə apardılar; hara getdiyimizi bilmirdik", - deyə Kolumbiya vətəndaşı bildirib.

Kolumbiyalılara döyüşməyəcəkləri barədə zəmanət verilib. Əsir iddia edir ki, bu cür vədlər bir çox insanı Rusiyanın təkliflərini qəbul etməyə vadar edib. Kolumbiyalı videoda deyir ki, Kolumbiya vətəndaşları Ufaya gəlməyə davam edirdilər.

"Onlar məni axmaq yerinə qoyub yalan danışdılar, guya mənim işləmək üçün köməyə ehtiyacım olduğunu dedilər, ona görə də bir dostuma zəng etdim. Və nəticədə o, gözümün qabağında öldürüldü. Mənə dediklərinə inandım: işin təhlükəsiz olacağına, cəbhə xəttinə göndərilməyəcəyimizə", - deyə digər  əsir etiraf edib.

Kolumbiyalılar iddia edirlər ki, heç vaxt atəş açmayıblar və avtomat silahlarının sanqıqçaları dolu qalıb.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri