Icma.az
close
up
RU
Ukrayna ilə oyuna doğru: Rebrovun “silahları”

Ukrayna ilə oyuna doğru: Rebrovun “silahları”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin II turunda Ukraynanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Ukrayna yığmasının dəyəri 272.70 milyon avrodur. Komandaya Sergey Rebrov rəhbərlik edir. Ukraynalılar onun başçılığı altında 27 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib, 8 dəfə uduzub. Komanda 4-3-3 taktiki sxemi ilə oynayır.

Ukrayna millisinin ən dəyərli oyunçusu İlya Zabarnidir. Bu yay “Bornmut”dan PSJ-yə keçən müdafiəçinin qiyməti 42 milyon avrodur. Azərbaycan yığmasının heyətinin ümumi dəyəri isə 18 milyon avrodur.

Ukraynalıların hücumda əsas qol silahı Artem Dovbikdir. “Roma”da çıxış edən forvard milli formada 37 oyunda 11 dəfə fərqlənib. “Jirona”da çıxış edən Vladimir Vanat, “Trabzonspor”da top qovan Oleksandr Zubkov, “Benfika”da oynayan Georgi Sudakov komandanın əsas hücum silahlarıdır.

Ukrayna millisinin hər mövqedə keyfiyyətli oyunçulara sahibdir. İlk oyunda Fransaya uduzan Rebrovun komandası Azərbaycanla matçda mütləq qələbə planlayır. Heyət, təcrübə və keyfiyyət rəqibi önə çıxarır.

Millimizdə isə baş məşqçi işini bir oyunluq Ayxan Abbasov icra edəcək. Yığmanın bu gün əldə edəcəyi xal və ya xallar mütəxəssisin aktivinə müsbət notlarla yazılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri