Rəcəb Tayyib Ərdoğan: Türkiyənin milli təhlükəsizliyi üçün F 35 təyyarələrinin alınması vacib addımdır
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti "Bloomberg"in gündəmə dair suallarına yazılı cavab verərkən bildirib. Rəcəb Tayyib Ərdoğan, xüsusilə Türkiyənin "F-35" proqramından çıxarılmasının "haqsız" bir qərar olduğunu bildirdi. Ərdoğan, bu məsələni 2025-ci ilin sentyabr ayında ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi görüşdə şəxsən ona çatdırdığını qeyd edib. Rusiya ilə hərbi avadanlıq alması səbəbindən Türkiyənin "F-35" proqramından çıxarılmasının səhv olduğunu ifadə edən Ərdoğan, ABŞ ilə əlaqələrin daha müvafiq və konstruktiv bir əsasda irəliləməsi üçün bir fürsətin meydana gəldiyini bildirib.
Ərdoğan "F-35" təyyarələrinin təslim alınmasının və proqramına yenidən daxil edilməsinin təkcə Türkiyənin ABŞ ilə daha güclü əlaqələr qurmasına kömək etməyəcəyini, həm də NATO-nun müdafiə strukturuna da mühüm töhfə verəcəyini qeyd edib. Bu addımın Türkiyənin milli təhlükəsizliyi və strateji maraqları baxımından vacib olduğunu vurğulayıb.
"F-16 Block" təyyarələri alınması ilə bağlı da açıqlamalar verən Ərdoğan, Türkiyənin, NATO ittifaqının ruhuna uyğun olaraq şərtlər daxilində bir anlaşma imzalanmasını gözlədiyini bildirdi. O, həmçinin "Eurofighter Typhoon" təyyarələrinin alınması nümunəsi ilə Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq üçün fərqli seçimləri dəyərləndirdiyini söyləyib.
Ərdoğan, ABŞ-da "Xalqbank"a qarşı açılan cinayət işinə münasibət bildirdi. Türkiyənin bu iddiaları yanlış saydığını və bankanın "haqsız cəzalarla qarşılaşmaması" üçün danışıqlar apardıqlarını qeyd edib. O, Türkiyənin qanunlarla tam uyğun şəkildə ədalətli bir nəticəyə əldə edəcəyinə ümid etdiyini bildirib.
Enerji sahəsində isə, Türkiyənin ABŞ ilə əlaqələrinin gücləndiyini və xüsusilə yuşaldığını, təbii qaz (LNG) tədarükünün əhəmiyyətli dərəcədə artdığını ifadə edib. Ərdoğan, Türkiyənin enerji təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atdığını və milli maraqlarına uyğun hərəkət etdiyini vurğulayıb.
Prezident Türkiyənin Rusiya-Ukrayna müharibəsindən kənarda qalmasının, gələcəkdə barış görüşlərinə ev sahibliyi etmək üçün bir fürsət yaratdığını bildirib. O, həmçinin, Türkiyənin, Rusiya və Ukrayna liderləri ilə birbaşa danışa bilən tək ölkə olaraq, atəşkəsin izlənməsi və sülh prosesində mühüm rol oynaya biləcəyini bildirib.
Ərdoğan, İsrail Baş Naziri Binyamin Netanyahunun Fələstindəki hərəkətlərini sərt şəkildə tənqid edərək, Qəzzada qurulması gözlənilən Beynəlxalq Sabitlik Gücünün Türkiyə olmadan "leqal" ola bilməyəcəyini vurğulayıb. Türkiyənin Fələstinlə olan dərin tarixən əlaqələri və regional təsiri səbəbi ilə bu missiya üçün açar ölkə olduğunu ifadə edən Ərdoğan, Türkiyənin Qəzzada davamlı sülhün təmin edilməsi üçün hər cür məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















