Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Türkiyə lideri uzun müddətdir bu səfəri həyata keçirmək niyyətindədir və hazırda müvafiq şəraitin yaradılması istiqamətində işlər görülür.
"Yaxın vaxtlarda prezidentimizin Suriyaya səfəri planlaşdırılır. O, uzun müddətdir belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", — deyə H.Fidan vurğulayıb.
H.Fidan Dəməşqdəki təmaslar zamanı səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun gördüyü işlərlə tanış olduğunu bildirib. Türkiyə XİN rəhbəri səfərin dəqiq tarixini açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















