Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Rəfail Becanov: “Qarşıdurmadan daha çox Rusiya zərər görəcək”

Rəfail Becanov: “Qarşıdurmadan daha çox Rusiya zərər görəcək”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Rusiyanın Azərbaycana göstərdiyi təzyiqlər köhnəlmiş metodlardır və çarəsizlik sindromudur. Bununla Azərbaycanın geriyə addım atmasını düşünmək mümkünsüzdür”. 

Bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib. 

Onun fikrincə, Azərbaycanın Cənubi Qafqazın gələcəyini yeni formada şəkilləndirməsi və gələcək müharibələrin önlənməsindəki produktiv rolu Rusiyanı ciddi şəkildə narahat edir: 

“Etnik münaqişə, torpaq işğalı ilə planladığı müharibələrin sona çatması Rusiyanın planlarına daxil deyil. Zəngəzur dəhlizinə nəzarət də məhz buna görə Rusiya üçün vacib idi. Rusiya ötən 5 il ərzində öz nəzarətində olacağına tam əmin olsaydı, çoxdan o dəhlizin açılması üçün bütün imkanlarını səfərbər edərdi. Amma müqavimət buna imkan vermirdi. Azərbaycan gələcəkdə təxribatlarla üzləşməmək üçün təhlükəsiz dəhliz istəyirdi. Ermənistan isə Rusiyanın orbitindən uzaqlaşmaq istədiyindən, özü üçün daha real variantı seçdi”. 

Rəfail Becanov bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin hansı formada istifadəsi Ermənistanın seçimidir. Lakin Rusiya tərəfi bunun müqabilində Azərbaycana qarşı hücuma keçib. Zatilinin, Tolstoyun, Valuyevin, təxribatçı Solvyovun, Simonyanın dili ilə Azərbaycanı təhdid edirlər: 

“Azərbaycanın Rusiya ilə problemi Zəngəzur dəhlizi ilə bağlı deyil. Azərbaycan ötən ilin dekabrında Qroznı səmasında AZAL-a məxsus təyyarənin vurulmasında iştirak edənlərin cəzalandırılmasını, baş verən hadisəyə görə üzr istənilməsini və kompensasiya ödənilməsini tələb edir”. 

Rəfail Becanovun fikrincə, Rusiyanın təhdidləri Azərbaycanın geri addım atmasına hesablanıb. Amma bu məsələdə daha çox zərər görəcək tərəf Rusiyadır: 

“Azərbaycanla açıq qarşıdurma Rusiya üçün həm iqtisadi, həm də hərbi baxımdan əlavə problemdir. Xüsusən Ukrayna müharibəsi fonunda bu risklər üstünlük təşkil edir. Digər tərəfdən, istər Rusiya, istər başqa bir dövlət olsun, fərq etməz, onların təzyiqləri Azərbaycanda hər hansı problemə rəvac verməyəcək. İqtisadi, hərbi, diplomatik mövqelərimiz kifayət qədər üstündür. Daxili siyasi sabitlik və milli həmrəylik yetərincə güclüdür. Ona görə də Rusiyanın miqrantlara təzyiqləri, Ukraynada Azərbaycana məxsus yanacaqdoldurma məntəqəsinin, yaxud Ukraynaya qaz nəqlinə mane olmaq üçün ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasının vurulması, münasibətlərin gərginləşdirilməsi ilə bizi geri addıma məcbur etmək mümkün deyil. Bu düşünlməmiş addımlarla yalnız Rusiya Azərbaycanda itən nüfuzuna daha ağır və sarsıdıcı zərbələr vurur”. 

Rəfail Becanov bildirib ki, Rusiyanın miqrantlar vasitəsi ilə Azərbaycana təzyiqləri birinci dəfə deyil: “20 il əvvəl də bu tip addımlar atılıb. Məsələn, 2006-cı ildə Moskvada bazarda keçirilən reydlər zamanı təqribən 600 azərbaycanlı saxlanıldı. Onlarla polis bölmələrində və saxlama təcridxanalarında çox amansız rəftar edilir, hətta su və qida belə verilmirdi. Yaxud 2013-cü ildə bir azərbaycanlının təqsirləndirilməsinə görə 1200 nəfər azərbaycanlı saxlanıldı və onlar məhkəmə qərarı olmadan deportasiya edildilər. 5 il bundan əvvəl də leqallaşma adı altında aparılan yoxlamalarda saxlanıların yarıdan çoxu azərbaycanlı idi. Yəni Rusiyanın Azərbaycan qarşı münasibəti bu günün, dünənin məsələsi deyil. Rusiyanın Azərbaycana qarşı təzyiqləri sistemli və xüsusi siyasi amillərlə bağlıdır”.
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri