Icma.az
close
up
RU
Referendumun ünvanı niyə dəyişir?

Referendumun ünvanı niyə dəyişir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İrəvan Aİİ-yə sədrlik etdiyi halda, Aİ üzvü olmaq üçün ümumxalq səsverməsi keçirmək istəyir...

Fransanın silahlandırmasının işə yaramayacağını görən Ermənistan sülh prosesini ləngitmək üçün yeni manipulyasiyaya əl atır. Bu dəfə başqa bir “xəyal” - Avropa İttifaqına üzvlük məsələsi ortaya atılıb. Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Mərkəzi Seçki Komissiyası bu ölkənin Avropa İttifaqına üzvlüyü üçün lazım olan imzaların 50 minini etibarlı sayıb. Bundan öncə isə “Ermənistanın Avropa Partiyası”nın rəhbəri Tiqran Xzmalyan bildirmişdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzvlüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib. Xatırladaq ki, parlament MSK-nın təqdimatını geri qaytarsa, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçirilə bilər - bu halda 300 min imza toplamaq gərəkir. Belə olan halda referendum qanunverici orqanın qərarı olmadan baş tutacaq.

Aİ üzvü olmaq üçün  Aİİ-dən imtina - İrəvan təhlükəli oyuna girib...

Qeyd edək ki, Ermənistan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildən qoşulub. Bu proqram Aİ ilə altı postsovet ölkəsi arasında daha sıx siyasi və iqtisadi əlaqələri təşviq etmək məqsədilə yaradılıb. Ermənistanın bu proqramdakı əsas məqsədi Avropa ilə əlaqələri genişləndirmək, iqtisadiyyatını “modernləşdirmək” və “siyasi islahatlar” aparmaq olmuşdu. 2013-cü ildə Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə Assosiasiya Sazişi imzalamaqdan imtina etmişdi - çünki rəsmi İrəvan Aİ ilə fərqli qütbləri təmsil edən Avrasiya İqtisadi İttifaqına üzvlüyü seçmişdi. Bununla belə, 2017-ci ildə Ermənistan və Aİ arasında Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi (CEPA) imzalandı. İndiki halda, Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün etdiyi cəhdlər həqiqətən də “xəyaldır” - buna bir neçə mühüm arqument var:

- Aİ üzvlüyünə namizəd olmaq üçün illərlə uzanacaq bir prosesdən keçmək gərəkir ki, İrəvandan qabaq bu siyahıda növbə gözləyən onlarla dövlət dayanıb. Aİ Avropanın mərkəzində yerləşən ölkələri üzv qəbul etmədən necə olur ki, heç bir sərhədi olmadığı Ermənistanı “qəbul edir”?

- Ermənistanın Aİİ ilə bağlanmış müvafiq müqavilələri mövcuddur. İlk növbədə Ermənistan Aİİ və KTMT-dən çıxmalı olacaq. Ermənistan ilə Avrasiya İqtisadi İttifaqını bir çox normativ aktlar bağlayır. Bu təşkilat ümumi bazardır. Bu ümumi bazarı tərk edib başqa bazara girmək üçün Ermənistan nələrdən keçməlidir, düşünübmü? Nəzərə alınmalıdır ki, Ermənistan hazırda Aİİ-nin fəaliyyətdə olan sədridir.

- Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasında münasibətlərin pozulması bu ölkə üçün açıq iqtisadi çöküş yaradacaq. Müvafiq rəqəmlər göstərir ki, Ermənistanın illik ticari dövriyyəsində Aİİ-nin payı daha çoxdur.

Beləliklə, Ermənistanın Aİİ-ni Aİ-yə dəyişməsi heç də düşündüyü qədər asan bir yol deyil - nəzərdə tutulan “referendum” isə siyasi məqsədlərə hesablanıb.

Sülh danışıqları yekun mərhələdə - Konstitusiyanı dəyişmək üçün...

Bəlli olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında gedən münasibətlərin normallaşması prosesi mühüm bir irəliləyiş əldə edib. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb. Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir. Onun sözlərinə görə, sülh müqaviləsinin layihəsi 17 maddə və preambuladan ibarətdir: “Preambula və 15 maddə üzrə demək olar mətnlər tam razılaşdırılıb. 2 maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. İşlər davam edir”.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər: “Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda, sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə edilib”.

XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: “Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var”.

Göründüyü kimi, Ermənistan, əslində referendum keçirib öz Konstitusiyasını dəyişməli, bölgədə sabit inkişaf üçün zəmin yaratmalı, nəhayət, sülh müqaviləsini imzalamalıdır. Bir müddət öncə baş nazir Nikol Paşinyan da bunu etiraf etmişdi və referendumun keçiriləcəyi ilə bağlı fikirlərinİ açıqlamışdı. Bəs necə oldu ki, Ermənistan artıq “yeni referendum” haqda danışır? Halbuki, onların hədəfi indiki halda Konstitusiyanı dəyişmək və bölgədə normal qonşuluq münasibəti formalaşdırmaqdır...

Aİ-yə “sırınmaq” - Ermənistan reallığı görür...

Təbii ki, Aİ üzvlüyü və referendum hazırlığı siyasi oyunbazlıqdır. Burada son proseslər mühüm rol oynamaqdadır. İrəvanın Fransa ilə “işbirliyi” artıq demək olar ki, “daşa” dəyib - daha doğrusu, Paris onlara kömək edə bilmir. Çünki həm Aİ-də nüfuzunu itirib, həm də siyasi-hərbi öncüllükdən “çıxarılıb”. Nəzərə alsaq ki, İrəvanın “söykəndiyi” Bayden adminİstrasiyası da sonuncu hakimiyyət ayını yaşayır, Ermənistan özünə yeni “çətir” axtarmaq məcburiyyətinə qalıb. Bu səbəbdən də yeni sığınacaq kimi Aİ-ni “seçib”. İrəvan anlayır ki, danışıqlar prosesindən kənarlaşdırılan Aİ artıq baş verənlərə müdaxilə etmək imkanında və marağında deyil - Fransadan başqa isə buna heç bir dövlət bu prosesə daxil olmaq istəmir. Ermənistan isə mütləq kiminsə kölgəsində gizlənməlidir - hədəf yəqin ki, Almaniyanın “diqqətini” cəlb etməkdir. Özünü “Aİ ailəsinin üzvü, həmfikiri” kimi təqdim etməklə Ermənistan yenidən onların köməyindən istifadə etməyə çalışır.

İrəvan nəyə ümid edir?

Bu isə Ermənistana heç bir dividend vəd etmir. Min bir yola əl atmaqla regionda davamlı sülhün yaranmasını ləngidən Ermənistan bu kimi qeyri-konstruktiv addımlardan çəkinməlidir - necə olur ki, cəmisi bir neçə gün ərzində Aİ-yə üzvlüklə bağlı keçiriləcək referendumun “hüquqi zəmini” yaradılır, amma iki ildən artıqdır ki, Azərbaycanın irəli sürdüyü haqlı referendum tələbi yerinə yetirilmir? Demək ki, Ermənistan danışıqlar prosesində hələ də “nəyəsə” ümid edir. Amma bu ümid də boşunadır...

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see536

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see279

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see275

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see269

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see257

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see252

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see249

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see248

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see241

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see235

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see235

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see233

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see231

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see213

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see211

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see207

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see198

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see176

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri