Region Liqasının qalibləri mükafatlandırıldı FOTOREPORTAJ
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Region Liqasının Qəbələ şəhər stadionunda keçirilən final oyununda “Şirvan” və “Xankəndi” komandaları qarşılaşıblar.
Fanat.Az xəbər verir ki, rəqibinə 3:0 hesabı ilə qalib gələn “Xankəndi” kollektivi çempion olaraq, II Liqada iştirak hüququ əldə edib.
Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək. “Şirvan” isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.
III yer uğrunda qarşılaşmada “Ağstafa Gəncləri” komandası “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 20 qol vuran “Şirvan” OİK komandasının oyunçusu Cavid Nəcizadə bombardirə təqdim olunan mükafata yiyələnib. “Xankəndi” komandasından isə Sərxan Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Nəhayət, “Ağstafa Gəncləri” bürünc, “Şirvan” gümüş medalla, “Xankəndi” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 22 May 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















