Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan Gürcüstan əməkdaşlıq modeli digər region ölkələri üçün nümunə ola bilər

Azərbaycan Gürcüstan əməkdaşlıq modeli digər region ölkələri üçün nümunə ola bilər

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də mətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamlara toxunulmuşdur

Azərbaycan dünya birliyi ilə siyasi, iqtisadi və digər sahələr üzrə geniş və əhəmiyyətli əlaqələrə, əməkdaşlıq münasibətlərinə malikdir. Bu əlaqələrin inkişaf etdirilməsində yalnız Azərbaycan maraqlı görünmür, eləcə də beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına səylər göstərirlər. Onlarla ölkə ilə iki və çoxtərfli müqavilələrin imzalanması qeyd olunanlara misal ola bilər. Qarşılıqlı faydalı sosial-iqtisadi əməkdaşlıq xalqlara xeyir, dövlətlərə sülh və təhlükəsizlik gətirir. Xüsusilə də, Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın dünyanın əksər ölkələri ilə iqtsiadi əlaqələri daha geniş və səmərəli xarakter aldı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə əhəmiyyətli tövhələr verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biri oldu. Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizn dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi uğurlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm təkan verir. Yəni region ölkələri də Azərbaycanın qazandığı nailiyyətlərdən bəhrələnmək imkanı qazanırlar. Bu baxımdan Gürcüstan dövlətinin Azərbaycanla sıx əlaqələr qurması, regional layihələrə mühüm dəstək göstərməsi, beynəlxalq aləmdə eyni siyasi maraqlardan çıxış etməsi milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli fəaliyyət hesab olunur.
Azərbayca-Gürcüstan əlaqələrinin inkişafında yeni mərhələ başlayır
Bu gün Azərbaycan-Gürcüstan dostluq, qardaşlıq, yaxın müttəfiqliq münasibətləri dünyanın əksər ölkləri üçün bir nümunəyə çevirlib. Yaxın müttəfiqliq əlaqələrinin qurulması və inkişaf etdirləmsəinin əsasını isə Ulu Öndər Heydər Əliyev və Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze qoyublar. Hər iki dahi şəxsiyyətin möhkəm təməl üzərində qurduqları əlaqələri bu gün də uğurla inkişaf edir. Dostluq və müttəfiqliq əlaqələrinin daha da dərinləşməsi regionun inkişafına və çiçəklənməsinə, sülhün və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verir. Ötən müddət ərzində hər iki ölkənin hökumət və dövlət rəhbərlərinin yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərləri baş tutub. Rəsmi məlumata istinadən demək olar ki, bu günə qədər dövlətlərarası 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb.
İqtisadi münasibətlərin inkişafı sahəsində əldə olunan nailiyyətlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verib. 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin nəticələrinə görə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına çatıb. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair layihələrin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu Sazişin imzalanması onu təsdiq edir ki, hər iki ölkə yalnız regional maraqların təmin olunması deyil, eyni zamanda Avropa ilə münasibətlərin qurulması və inkişafında birgə tərəfdaş olaraq çıxış edirlər.
İstər regional, istərsə də Avropanı əhatə edən mühüm layihələrin icrasında Azərbaycan və Gürcüstanın birgə iştirakı, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri hər iki dövlətin yaxın dost, strateji müttəfiq olduqlarını təsdiqləyir. Yanvarın 17-də yeni formalaşan Gürcüstan hökumətinin Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Bakıya etməsi Gürcüstan üçün Azərbaycanın mühüm ölkə olduğunu və hər iki dövlətin bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında eyni siyasi maraqlara malik olduqlarını göstərir. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də mətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamlara toxunulmuşdur. İlk növbədə, Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini diqqət mərkəzinə çəkdi.
“Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz”
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirdi: “Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.
Prezident İlham Əliyev energetika sahəsindəki iki ölkə arasında əməkdaşlığın həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizindən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır. Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür. Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxışında Prezident İlham Əliyevə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirdi. Qeyd etdi ki, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur. Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxışında Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasında olduğunu bildirdi: “İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək. Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq”.
Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri, mehriban dostluq münasibətləri daim yenilənir və inkişaf edir. Bu isə xalqlarımıza sosial-iqtisadi rifah, dövlətlərimizə isə güc və birlik, regiona sülh və təhlükəsizlik gətirir.

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin İntizam komissiyasının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri