Icma.az
close
up
RU
Region tarixində ilk: Akopyan təklif etdi, Əliyeva razılaşdı

Region tarixində ilk: Akopyan təklif etdi, Əliyeva razılaşdı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin Tiencin şəhərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan arasında baş tutan görüş Cənubi Qafqazda davamlı sülh, sabitlik və qarşılıqlı etimadın qurulması baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, Mehriban Əliyeva istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da sülh, humanizm missiyasını davam etdirib, məktəblər tikdirib, ümumbəşəri sivilizasiyaya xidmət edən maddi-mənəvi abidələrin bərpasında, onların dünyaya tanıdılmasında xüsusi rol oynayıb:

“Tariximizin ən mürəkkəb dönəmlərindən olan işğal dövründə belə Mehriban xanım bir gün belə geri çəkilməyib. Təbii fəlakətdən əziyyət çəkən dost ölkələrdə məktəblərin inşası, humanitar yardımların təşkili, mədəni və mənəvi irsimizin dünyaya çatdırılması istiqamətində böyük bir missiyanı uğurla həyata keçirib. Onun bu fəaliyyəti Azərbaycan qadınının nüfuzunu yenidən tanıdıb, yüksəldib.

44 günlük Vətən müharibəsi zamanı biz yalnız Azərbaycanın cəsarətini və əzmini deyil, eyni zamanda onun şəfqətini və humanist dəyərlərini də gördük. Mehriban Əliyevanın siyasi obrazı həm cəmiyyətə, həm də ölkənin siyasi sisteminə mühüm töhfədir.

Bu gün biz yeni bir tarixi mərhələnin başlanğıcındayıq. Artıq Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Vaşinqtonda sülh sazişi paraflanıb. Bundan sonra atılacaq sülh addımlarında da Mehriban xanımın fəallığını görəcəyik.

Hikmət Babaoğlu

Çində Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində dövlət başçıları ilə yanaşı onların həyat yoldaşlarının da iştirakı baş tutdu. Həmin tədbirdə Mehriban xanım Azərbaycan qadınının ali dəyərlərini layiqincə nümayiş etdirməyi bacardı. Anna Akopyanın dialoq cəhdlərini də Mehriban xanım geri çevirmədi. Beləliklə, biz sülhə gedən yolda bir rəmz olaraq onların birlikdə çəkilmiş fotolarını gördük. Bu da göstərdi ki, Mehriban xanım sülh təşəbbüsünü qətiyyətlə davam etdirməyə qadirdir və bu istiqamətdə əməli addımlar atır.

Həmçinin oxuyun:

“Azərbaycanın müasir tarixinin böyük qadını” – Dünya mediası nələr yazır?

Düşünürəm ki, Azərbaycan tarixində Tomris, Sara xatun kimi qəhrəman qadınların oynadığı rolu bu gün Mehriban xanım bir addım da irəli apararaq diplomatiya, mədəniyyət və siyasət tariximizdə yeni bir səhifə açır. Bu isə təkcə Azərbaycana deyil, bütün regiona sülh gətirmək üçün mühüm motivasiya yaradır”.

Politoloq Aytən Qurbanova isə deyib ki, liderlərin xanımları arasında sözügedən görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın mühüm göstəricisi və strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir:

“Bu görüş yalnız protokol xarakterli diplomatik addım deyil, həmçinin bölgədə uzunmüddətli sülhün və sabitliyin humanitar və ictimai əsaslarla qurulmasına yönəlmiş mühüm təşəbbüsdür. Bu mühüm təmas 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutmuş danışıqlardan sonra yaranan yeni regional reallığın ictimai və humanitar sahədə dərinləşdirilməsi nöqteyi-nəzərindən xüsusi strateji əhəmiyyətə malikdir.

Məlumdur ki, Azərbaycanın milli maraqları regionda sülh və sabitliyin təmin olunması, ölkənin suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində tanınması, eləcə də bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq mühitinin qurulması ilə birbaşa bağlıdır. Ümumiyyətlə, Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyi qətiyyətli və sistemli dövlət siyasətinin aydın təzahürüdür. Heç şübhəsiz ki, Mehriban Əliyevanın beynəlxalq humanitar və diplomatik platformalardakı fəallığı Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirən mədəni və sosial sütun rolunu oynayır. O, beynəlxalq arenada yüksək nüfuza malik humanist lider, mədəniyyətlərarası dialoqun aparıcı siması və diplomatik təsir gücünə sahib şəxsiyyət kimi tanınır. Heydər Əliyev Fondunun rəhbəri kimi dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələr, eləcə də təhsil, səhiyyə, qadın hüquqları və multikulturalizm sahələrində atılmış mühüm addımlar onu sadəcə dövlət xadimi yox, həm də qlobal humanist lider kimi fərqləndirir.

Aytən Qurbanova

Tiencin şəhərində keçirilmiş görüş məhz bu qlobal baxışın və strateji uzaqgörənliyin davamı olaraq dəyərləndirilməlidir. Bu təşəbbüs Azərbaycanın sülhsevər, dialoqa açıq və humanitar dəyərlərə əsaslanan siyasət yürüdən məsuliyyətli dövlət kimi beynəlxalq nüfuzunu daha da gücləndirir. Burada ən mühüm məqam isə odur ki, Azərbaycan yalnız siyasi və hərbi gücü ilə deyil, həm də mədəni-humanitar təşəbbüsləri ilə sülhün təmin olunmasında aparıcı mövqedə olan dövlətdir. Ona görə də, Mehriban xanım Əliyevanın liderliyi ilə Cənubi Qafqazda qadınların iştirakı ilə yeni dialoq formatlarının təşviq edilməsi və cəmiyyətlərarası etimadın qurulmasına yönəlmiş təşəbbüslər regional sabitliyin davamlı əsaslar üzərində qurulmasını hədəfləyir.

Nəticə etibarilə, Tiencin görüşü Azərbaycan diplomatiyasının yumşaq gücə əsaslanan və humanitar vasitələrlə dəstəklənmiş strateji xəttinin aydın təzahürüdür. Həmçinin bu görüş Azərbaycanın milli maraqlarının təmin olunması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və inteqrasiyası üçün də önəmli təsir gücünə malikdir. Bu gün dünyada davamlı sülh yalnız imzalanmış sənədlərlə deyil, xalqlar arasında formalaşan qarşılıqlı inam və anlayışla mümkün olur. Qadın liderlərin bu inamın formalaşmasında oynadığı rol isə getdikcə daha zəruri və əvəzsiz xarakter alır.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri