Icma.az
close
up
RU
Cəlil Xəlilov: “Azərbaycan Vyetnam münasibətləri qlobal miqyasda yeni reallıqlar yaradacaq”

Cəlil Xəlilov: “Azərbaycan Vyetnam münasibətləri qlobal miqyasda yeni reallıqlar yaradacaq”

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Vyetnama səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin əsasını qoyub. Səfər çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vyetnamın Azərbaycanda səfirlik açmaq qərarı iki ölkə arasında diplomatik münasibətlərin inkişafına verilən önəmin göstəricisidir.

Polkovnik qeyd edib ki, Vyetnamın Baş naziri Le Minh Hunq Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verib və təşəbbüs dövlət başçısı tərəfindən məmnunluqla qarşılanıb.

Cəlil Xəlilov vurğulayıb ki, Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Manla keçirdiyi görüşlər ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, müzakirələr siyasi əlaqələrlə yanaşı, iqtisadi və mədəni münasibətlərin genişlənməsinə də təkan verəcək.

Cəlil Xəlilov, polkovnik

Hərbi-siyasi ekspert Azərbaycan və Vyetnam xalqları arasında tarixi dostluq əlaqələrinə də diqqət çəkib. O xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb.

Cəlil Xəlilovun qənaətinə görə, Prezident İlham Əliyevin budəfəki səfəri həmin tarixi əlaqələrin davamı olmaqla yanaşı, əməkdaşlığın daha geniş müstəviyə daşınmasına xidmət edir.

Polkovnik hesab edir ki, Vyetnamın Asiyada, Azərbaycanın isə Cənubi Qafqaz və Avropa məkanında malik olduğu mövqe iki ölkənin qarşılıqlı əməkdaşlıq imkanlarını daha da artırır. Bu baxımdan, münasibətlərin dərinləşməsi beynəlxalq platformalarda qarşılıqlı dəstək və ortaq maraqların müdafiəsi üçün də yeni imkanlar yaradacaq.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri