Icma.az
close
up
RU
Regional media əməkdaşlığının gücləndirilməsində strateji addım

Regional media əməkdaşlığının gücləndirilməsində strateji addım

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya sahəsinə cavabdeh olan nazirlər və yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçiriləcək 7-ci toplantı çərçivəsində təşkil olunan Mediaforumu türk dünyasında informasiya əməkdaşlığının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir həm peşəkar media mühitinin, həm də dövlətlərarası kommunikasiya əlaqələrinin dərinləşməsi üçün mühüm platforma rolunu oynayır.

Mediaforuma üzv ölkələrdən nümayəndələrin qatılması, informasiya siyasətində ortaq yanaşmaların formalaşmasına imkan yaradır. Forum türk dövlətlərinin media sferasında qarşılıqlı fəaliyyətini gücləndirərək, vahid informasiya məkanının möhkəmlənməsinə xidmət edir. Bu baxımdan forumun məqsədlərindən biri də regional və beynəlxalq miqyasda məlumat mübadiləsinin səmərəliliyini artırmaqdır.

Media layihələrinin genişlənməsi

Ortaq məkan yeni media layihələrinin, birgə platformaların və proqramların yaradılmasını stimullaşdırır. Bu, jurnalistlərin, ekspertlərin və media qurumlarının daha sıx əməkdaşlığına yol açır.

Türk dövlətləri arasında mədəniyyət və kimlik birliyinin təbliği, mədəni dəyərlərin, dilin, tarix və irsin daha geniş şəkildə tanıdılmasına şərait yaradacaq. 

Sürətli informasiya axını regionda biznes, turizm və investisiya sahələrinə dair məlumatların çevik paylaşılmasına imkan verir. Bu, iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. 

Ortaq media məkanı türk dövlətlərinin qlobal informasiya mühitində daha koordinasiyalı və güclü şəkildə təmsil olunmasına kömək edir, beynəlxalq ictimai rəyə təsir imkanlarını artırır.

Dezinformasiya ilə mübarizə, rəqəmsal media, təhlükəsizlik və kommunikasiya strategiyaları üzrə vahid yanaşmaların müəyyən edilməsi türk dövlətlərinin informasiya sahəsində koordinasiyasını gücləndirir və daha effektiv əməkdaşlıq imkanı yaradır. 

Bu, təhlükəsizlik risklərinin azaldılmasına, informasiya mühitinin stabil və etibarlı saxlanmasına, eləcə də qlobal informasiya çağırışlarına qarşı birgə və daha güclü mövqe formalaşdırılmasına xidmət edir.

Tədbir çərçivəsində rəqəmsal media, informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, müasir kommunikasiya texnologiyalarının tətbiqi kimi aktuallığını qoruyan mövzular geniş müzakirə olunur. 

Bu müzakirələr həm türk dövlətlərinin media siyasətlərinin koordinasiyası, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Mediaforumu təkcə peşəkar dialoq meydanı deyil, həm də türk dünyasının mədəni, sosial və siyasi inteqrasiyasına töhfə verən mühüm hadisədir. 

Burada jurnalistlər, media rəhbərləri, ekspertlər və rəsmi qurumların nümayəndələri arasında qurulan əlaqələr gələcək ortaq layihələri stimullaşdırır. 

Bu cür əməkdaşlıq regional informasiya sisteminin gücləndirilməsinə və türk dövlətlərinin beynəlxalq səviyyədə informasiya mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır.

Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatının Mediaforumu regiondakı media mühitinin inkişafına, strateji informasiya siyasətinin koordinasiyasına və türk dövlətləri arasında həmrəylik ideyasının gücləndirilməsinə xidmət edən əhəmiyyətli platformadır. 

Forumun keçirilməsi yalnız bu günün deyil, həm də gələcəyin media əməkdaşlığı üçün mühüm addım hesab olunur.

Yeganə Hacıyeva 
Mətbuat Şurası İdarə Heyəti üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri