Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvanda səfərdə olub

Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvanda səfərdə olub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovun tapşırığı ilə  Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Sədr müavini səfər çərçivəsində Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib. Baxışın əsas məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması ilə bağlı yaranmış vəziyyəti yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə həm içməli su təchizatı, həm də suvarma su təminatı ilə bağlı satınalmalar həyata keçirilib.  Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”, digəri isə “Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə ‘Araz-1’ və ‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələridir.

Hər iki layihə üzrə layihələndirmə işləri tamamlanmış, ekspertiza rəyi alınmış, tikinti-quraşdırma işlərinin aparılması üçün tender müsabiqəsi keçirilmış və qalib podratçı ilə müqavilə bağlanmışdır. Hazırda bu layihələr üzrə icra işlərinə başlanılıb. Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, eləcə də “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində ümumilikdə 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanmış, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.

Sədr müavini İlham Quliyev jurnalistlərin suallarını cavablandıraraq qeyd edib ki, görülən tədbirlər Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.

Səbuhi HƏSƏNOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see246

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see195

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see163

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri