Icma.az
close
up
RU
Regionda at oynatmaq istəyən dövlətlər yüz ölçüb bir biçmək məcburiyyətində qalacaqlar

Regionda at oynatmaq istəyən dövlətlər yüz ölçüb bir biçmək məcburiyyətində qalacaqlar

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

Bəs gələn il hərbi təlimlərin keçirilməsi mümkündürmü?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a mövzu haqqında danışarkən bildirdi ki, gec-tez hər şey buna doğru gedir:

"Əgər biz iqtisadi, siyasi, mədəni sahədə əməkdaşlıq ediriksə, deməli hərbi-texniki sahədə də əməkdaşlıq vacibdir. Bu əməkdaşlıq hər bir ölkənin müdafiə və döyüş qabiliyyətinin, o cümlədən təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayır. Ona görə hərbi təlimlər bilavasitə ölkələrin müdafiə gücünü artırır, onların təhlükəsizliyinin qarantı rolunda çıxış edir".

Onun fikrincə, dünyada baş verən hadisələr TDT-nin də bəzi məsələlərdə çevik hərəkət etməsinə zərurət yaradır:

"Mən hesab edirəm ki, hərbi təlimlər keçiriləcək. Azərbaycan-Türkiyə və Gürcüstan (Gürcüstan Türk Dövlətləri Təşkilatının üzvü olmasa da) biz üçtərəfli təlimlər keçiririk. Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan hərbi təlimləri var idi. İndi isə bu təlimlərdə bütün üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər. Mütləq deyil ki, burada ağır texnika, tanklar, təyyarələr iştirak etsin. Əvvəl nəzəri təlimlər ola bilər, sonra isə praktiki şəkildə birgə hərbi təlimləri keçirmək mümkündür. Bu, sadəcə zaman məsələsidir və mən ümid edirəm ki, gələn il Azərbaycanda, ondan sonrakı illərdə Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda və digər areallarda bu cür təlimlər keçiriləcək. Əlbəttə ki, bu təklifin əsas məqsədi həm TDT-nin həqiqətən gücünü göstərmək, həm də bunun çox ciddi və beynəlxalq nüfuza malik olmasını bir daha bəyan etməkdir".

Polkovnikin sözlərinə görə, gələcəkdə yarana biləcək təhdidlərin fonunda TDT vahid platformadan çıxış edəcək və öz təkliflərini verəcək:

"Təhdid və ya təhlükə olacağı təqdirdə birgə bəyanatlar səsləndirməklə, bir yumruq ətrafında birləşmələrini bəyan edəcəklər. Bunun çox böyük siyasi, iqtisadi və hərbi mənası var. Mənə elə gəlir ki, bu çox lazımlı və önəmli hərbi təlimlər olacaq. Regionda at oynatmaq istəyən, regionda gərginlik yaratmaq istəyən dövlətlər də yüz ölçüb bir biçmək məcburiyyətində qalacaqlar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri