Icma.az
close
up
RU
“Qadınlarla ünsiyyətdə hər sözü ölçüb biçmək lazımdır, çünki onlar çox həssasdırlar” “Azərreyl”in baş məşqçisinin ə MÜSAHİBƏSİ

“Qadınlarla ünsiyyətdə hər sözü ölçüb biçmək lazımdır, çünki onlar çox həssasdırlar” “Azərreyl”in baş məşqçisinin ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr olunmuş ənənəvi sorğusunda “İlin ən yaxşı qadın komandası” nominasiyasında qadın voleybol klubu “Azərreyl” qalib olub.

Bununla əlaqədar İdman.Biz artıq ikinci mövsümdür bu kluba rəhbərlik edən komandanın baş məşqçisi - italiyalı mütəxəssis Paolo Toffolidən qısa müsahibə götürüb.

- Cənab Toffoli, “Azərreyl”in ilin ən yaxşı qadın komandası seçiləcəyini gözləyirdinizmi? Bu nəticə klubunuzun gücündən, yoxsa digər Azərbaycan qadın komandalarının zəifliyindən xəbər verir?

- İlk növbədə onu deyim ki, “Azərreyl” böyük ənənələrə malik klubdur və komandanın gücü bu gün ortaya çıxmayıb. Keçən il çox çətin oldu, çünki mövsüm ərzində düz beş oyunçunu dəyişdik. Komanda tam şəkildə yalnız martın əvvəlində formalaşdı, aprelin 24-də isə çempion olduq. Ötən mövsümün ən güclü komandası “Abşeron” idi, amma biz özümüzə inanırdıq və nəticədə qalib gəldik.

Çempionata gəlincə, komandalar arasında daha çox balans olmalıdır. Məsələn, bu il iki klub var - “Turan” və “DH Volley” - onların büdcəsi digərləri ilə müqayisədə iki-üç dəfə çoxdur. Faktiki olaraq, onlardan yalnız qələbələr gözlənilir və bu səbəbdən onlarla rəqabət aparmaq çox çətindir.

- Bəs ümumilikdə qadınlarla işləmək çətin deyil? Məsələn, şəxsən sizin üçün kiminlə ortaq dil tapmaq daha asandır - evdə həyat yoldaşınızla, yoxsa Bakıda komandanızla?

- Əlbəttə, çətindir, amma bu xoş bir çətinlikdir. Qadın komandası ilə işləmək kişi komandası ilə işləməkdən fərqlənir. Hesab edirəm ki, istər ailədə, istərsə də işdə qadın cinsinin bütün nümayəndələri ilə ünsiyyətdə hər sözü ölçüb-biçmək lazımdır, çünki qadınlar çox həssasdırlar.

- Məğlub olduqları vaxt voleybolçuları qələbəyə hansı sözlərlə ruhlandırırsınız?

- Mən çalışıram ki, onlar üçün daim istiqamətverici olum. Biz - yəni komanda - hər zaman aydın düşüncəni qorumalıyıq, amma məğlubiyyət insanın daxilində yanmalıdır.

- Voleybolçularınız məğlubiyyətləri necə qəbul edirlər?

- Onlar niyə uduzduğumuzu anlayırlar və məşqlərdə hər gün daha yaxşı olmağa çalışırlar. Bu isə ən vacib məqamdır!

- Azərbaycanda hamı deyir ki, biz italiyalılara çox bənzəyirik - davranışımıza, mentalitetimizə görə. Siz bu fikirlə razısınızmı?

- Açığı, mən belə düşünmürəm. Hamımız fərqliyik: hər bir insan, bütöv bir xalqdan danışmasaq belə, özünəməxsus xüsusiyyətlərə malikdir.

- “Azərreyl”in gələn il üçün planları nələrdir?

- Xüsusi planlarımız yoxdur. Diqqətimizi bu çempionatı yaxşı başa vurmağa və çempionluq titulunu qorumağa yönəltmişik.

- Bakıda sizin üçün ən sevimli istirahət məkanı hansıdır və niyə?

- (Düşünür.) Yəqin ki, hamının burada bulvar adlandırdığı Dənizkənarı Parkdır. Burada gəzməyi, dəniz dalğalarının yüngül səsi altında fikirlərimi qaydaya salmağı çox sevirəm.

Vüqar Vüqarlı

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri