Icma.az
close
up
RU
Regionda vençur kapitalı və innovasiyaların inkişafı üçün yeni dövr Fotolar

Regionda vençur kapitalı və innovasiyaların inkişafı üçün yeni dövr Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Regionun innovasiya ekosistemində əlamətdar hadisə baş verib.

Belə ki, sentyabrın 23-də Türk və Avrasiya Vençur Kapitalı və Özəl İnvestisiyalar Assosiasiyasının (TEVCA) rəsmi açılışı keçirilib.

10 oktyabr 2024-cü il tarixində isə TEVCA-nın növbəti görüşü INMerge Innovation Summit çərçivəsində baş tutub.

TEVCA sahibkarlar və investorların maraqlarını təmsil edərək, regionda “Özəl kapital və startapların səsi” olmağı hədəfləyir.

Assosiasiyanın təsisçiləri arasında “SABAH.fund”,  “Caucasus Ventures” (Azərbaycan), “500 Global in Eurasia” (Gürcüstan), “MOST Ventures”, “White Hill Capital” (Qazaxıstan), “Accelerate Prosperity, AdVentures” (Qırğızıstan), “Exponential Zaisan Partners,KITE Mongolia” (Monqolustan), “212, The New Rising” (Türkiyə), “Sturgeon Capital” (Böyük Britaniya), “AloqaVenturesUzVC” (Özbəkistan) yer alır.

Bununla yanaşı, müxtəlif ölkələrdən texnoparklar da Assosiasiyanın tərkibindədir.

Assosiasiya Qərb və Şərq arasında strateji “İpək Yolu”nu təmsil edən ekosistemlərdə bilik mübadiləsi, işgüzar əlaqələrin qurulması və dayanıqlı təcrübələrin tətbiqi üçün platforma rolunu oynayır. 

Əsas fəaliyyət istiqamətləri icma formalaşdırılması, ideya və layihə mübadiləsi, siyasət tövsiyələrinin hazırlanması, eləcə də təhsil və inkişafı əhatə edir.

İştirakçılar regionda innovasiyaların, vençur kapitalının və startap ekosistemlərinin inkişafı üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. 

Xüsusilə, birgə investisiya və sövdələşmə axınının mübadiləsi imkanlarına diqqət yetirildi ki, bu da həm startaplar, həm də investorlar üçün böyük fayda təmin edəcək.

Fəaliyyətin əsas istiqamətlərindən biri regionda getdikcə daha geniş tətbiq olunan ESİ (Ekoloji, Sosial, İdarəetmə) standartlarının dəstəklənməsidir. Bu standartlar dayanıqlı inkişaf və ekoloji standartlar məsələlərini də əhatə edir ki, bu da COP29 zamanı əsas müzakirə mövzularından biri olmuş və region üçün mühüm əhəmiyyət kəsb etməyə davam edir.

Tədbir zamanı ətraf mühitin mühafizəsi ilə bağlı mövzular əsas prioritetlərdən biri kimi vurğulanıb.

TEVCA-nın əsas məqsədi innovasiya ekosistemini təkmilləşdirmək üçün problemləri müəyyənləşdirərək həll yolları yaratmaq, həmçinin vençur kapitalı və özəl investisiyaları dəstəkləyən platforma kimi çıxış etməkdir. Assosiasiya regionu investorlar və bizneslər üçün rəqabətədavamlı və cəlbedici etmək niyyətindədir.

Tədbirdə TEVCA-nın missiyası və region üçün əhəmiyyəti təqdim edilib.

Sessiya “SABAH.fund”ın həmtəsisçiləri və tərəfdaşları Abbas KazmiRəhim Bayramlının çıxışları ilə başladı. Tədbirdə, həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktor müavini Yasin Cəlilov Assosiasiyanın fəaliyyəti və potensialına olan marağını ifadə edib.

Görüşün ən əhəmiyyətli hissələrindən biri region ölkələrini birləşdirəcək, maliyyə resurslarını artıracaq və startapların inkişafını dəstəkləyəcək regional “Fund of Funds”ın yaradılması təklifi olub. 

TEVCA regionu vençur kapitalı üçün qlobal bazarda aparıcı mövqeyə gətirməyi, texnologiyaların inkişafına, iş yerlərinin yaradılmasına və insan kapitalının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri