Icma.az
close
up
RU
Regionlararası dostluq əlaqələri dövlətlər arasındakı münasibətlərin inkişafının göstəricisidir AZƏRTAC

Regionlararası dostluq əlaqələri dövlətlər arasındakı münasibətlərin inkişafının göstəricisidir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün yalnız Həştərxan deyil, keçmiş SSRİ-nin bir çox regionlarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimləri keçirilir. Heydər Əliyevin həm Sovet İttifaqı dövründə yüksək vəzifə tutduğu zaman, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqların dostluğunun əsasını yaratmışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Həştərxan vilayətində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib. O bildirib ki, Ulu öndər Heydər Əliyev Rusiya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi və dostluq əlaqələrini daim irəliyə aparırdı.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Federasiyası və onun regionları ilə iqtisadi, ticari, siyasi, nəqliyyat, humanitar sahələrdə əlaqələrin inkişafını prioritet istiqamət hesab edir. Həştərxan Azərbaycanla yaxın vilayətdir və bu regionla iqtisadi ticarət əlaqələrinin inkişafı, perspektivləri hər iki dövlətin və xalqın maraqlarına uyğundur.

A.Fərzəliyev bildirib ki, Həştərxanda Azərbaycanın, Azərbaycanda isə Həştərxanın işgüzar mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər qarşılıqlı iqtisadi əlaqələrin qurulması və inkişafı qarşılıqlı sərmayə qoyuluşunu təmin edəcək. Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar və mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir.

Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda Həştərxan vilayətinin hədissə olaraq uşaq bağçasının inşa edilməsinin dostluq əlaqələrinin növbəti nümunəsi olduğunu deyən A.Fərzəliyev bildirib: “Dostluq münasibətləri dövlətlər arasındakı münasibətlərin inkişafının göstəricisidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri